"Ankara təzyiqləri neytrallaşdırmağa məcburdur" - Politoloq
Turan
09:13 30.05.2020
Siyasət
866
"Türkiyənin Aralıq dənizində geosiyasi maraqlarını prinsipial şəkildə qoruması, Liviyada mövqelərini möhkəmləndirməsi, Ankaranın regional gücdən beynəlxalq nizamı dəyişəcək gücə gətirib çıxarıb".
Bu sözləri "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Siyasi şərhçi vurğulayıb ki, Aralıq dənizi prafaktoreyası, Yaxın və Orta Şərq beynəlxalq nizamın formalaşmasının əsas xəttidir. Burada bir neçə ölkənin apardığı mübarizədə Türkiyə öz mövqelərini gücləndirməyə naail olub. Türkiyə ilk növbədə Liviyanın BMT tərəfindən tanınan hökuməti ilə Aralıq dənizinin delimitasiya xəttini müəyyənləşdirməklə, bu ərazilərdə karbohidrogen yataqlarına və nəqliyyat yollarına nəzarəti təmin etdi. Türkiyə əleyhinə formalaşan Misir, BƏƏ, Yunanıstan və İsrail koalisiyası parçalandı. Artıq, İsrail Türkiyə arasında danışıqlar başlayıb. Bu iki ölkə arasında münasibətlərin inkişafına təkan verə bilər. Çünki, İsrail və Türkiyə təbii müttəfiqdirlər. İki ölkə Aralıq dənizində və digər ərazilərdə birgə hərəkət edə bilərlər. Həmçinin Türkiyə artıq ərəb ölkələrinin heçdə ona müttəfiq ola bilməyəcəyinin fərqinə vardı".
Analitikə görə, ərəb ölkələri Türkiyəyə qarşı düşmənçilik mövqeyinə keçiblər:
"Ona görə də Türkiyənin bu düşmənçiliyi neytrallaşdırması vacib idi. Türkiyənin Aralıq dənizində, Orta və Yaxın Şərqdə İsraillə birgə keçmişə dayanan əməkdaşllğı hər iki ölkəni maraqlarına və təhlükəsizliyinə xidmət edə bilər. Qeyd edim ki, Türkiyə və İsrailin əlaqələrinin normallaşdırlması Azərbaycanın da maraqlarına cavab verir. Hər iki ölkə Azərbaycanın müdafiə sənayesinin inkişafına töhfə verir. Beynəlxalq təşkilatlarda birgə əməkdaşlıq edə bilərlər. Hazırda Ermənistan çalışır ki, İsraildə Azərbaycan və Türkiyə əleyhinə yeni bir siyasət formalşadırsın. Bəzi hallarda hərəkətə keçiblər. Qondarma "erməni soyqırım" Knessetdə gündəliyə çıxarmağa çalışıblar. Azərbaycan üç tərəfli Türkiyə, İsraillə birgə siyasi-hərbi və iqtisadi əməkdaşlıq formatının yaradılması istiqamətində iş aparmalıdır. Hər iki ölkənin Cənubi Qafqazda möhkəmlənməsi Azərbaycanın milli təhlükəsizliyinə cavab verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransız deputat islamofobiyanı normal hesab edir
18:45 20.04.2026
Dünya
Uşaqlar internetdə görünməz kibertəhlükə ilə üz-üzədir - EKSPERT
18:38 20.04.2026
Cəmiyyət
Tramp: İran liderləri ilə görüşə hazıram
18:17 20.04.2026
Dünya
Tramp: İranla razılaşma bu gün imzalanacaq
18:11 20.04.2026
Gündəm
Regionda sülh mühiti artıq formalaşır - ŞƏRH
18:02 20.04.2026
Gündəm
Kaşıbeyaz artıq Bakıda: Türk mətbəxinin yeni ünvanı Dreamland-də
17:50 20.04.2026
Ölkə
Dünya "üçüncü yol" axtarışında Türkiyəyə yönəlir - TƏHLİL
17:21 20.04.2026
Gündəm
Kremldən xəbərdarlıq: Hörmüzdə vəziyyət nəzarətdən çıxa bilər
17:06 20.04.2026
Gündəm
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
16:58 20.04.2026
Texnologiya
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü - YENİLƏNDİ
16:45 20.04.2026
Gündəm
Leysan, sel, yanğın zamanı evə dəyən zərəri kim ödəməlidir?
16:27 20.04.2026
İqtisadiyyat
İrəvan-Astana-İrəvan marşrutu üzrə uçuşlar başlayıb
16:11 20.04.2026
Aktual
AzTV-də struktur islahatı gedir: nələr dəyişir?
16:01 20.04.2026
Media
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
15:40 20.04.2026
Gündəm