Ankaraya yeni cəbhə açmaq fiaskoya uğrayacaq
Turan
01:48 11.09.2020
Siyasət
819
Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək axmaqlıqdır, məntiqə sığmayan hərəkətdir
Şərqi Aralıq dənizində Türkiyə ilə gərginlik yaşayan Yunanıstan məsələni Avropa Birliyində müzakirəyə çıxarmaqla Ankaranı çətin duruma salmaq niyyətindədir. Hazırda Afinanın rəsmi siyasəti sentyabrın 24-25-də AB liderlərinin zirvə toplantısına yönəlib. “MED-7” kimi tanınan, əslində Türkiyəyə qarşı şər qüvvə sayılan - Fransa, İtaliya, İspaniya, Polşa, Malta, Cənubi Kipr və Yunanıstan Korsika adasında bir araya gəliblər.
Toplantıda əsas müzakirə mövzusu 24-25 sentyabrda keçiriləcək toplantıya dəstək vermək olub. Yunanıstan Fransa ilə birlikdə Türkiyəyə qarşı AB-nin sanksiyalar tətbiq etməsinə nail olmağa çalışır.
Amma Birlik ölkələrində bununla bağlı vahid mövqe olmadığından Afinanın planları alt-üst olur. Fransa bir sıra ölkələrə təzyiq göstərməklə Ankaraya qarşı sanksiyaların qəbuluna nail olsa da, bunun Türkiyəyə ciddi təsir göstərməyəcəyi, sadəcə, simvolik məna daşıyacağı bildirilir.
İspaniya və İtaliya kimi Aralıq dənizi ölkələri, habelə şimali və şərqi Avropa dövlətləri pandemiyanın iqtisadiyyata ciddi təsirlərinin gündəmdə olduğu bir mərhələdə Türkiyə ilə əlavə gərginlik yaşamaq istəmirlər. Xüsusilə qeyd olunur ki, yeni sanksiya qərarının verilməsi Ankara-Brüssel əlaqələrinə ciddi təsir göstərəcək. Qaçqınlar, ticarət əlaqələri və təhlükəsizlik sahələrində əməkdaşlığa ciddi zərbə dəyəcək. Ona görə də Fransa və Yunanıstan Avropa ölkələri tərəfindən yetərli dəstəyi ala bilmir.
Türkiyəyə qarşı yeni cəbhə açılması ehtimalı “Şərq”ə şərh edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, Yunanıstanın Türkiyəyə qarşı ərazi iddiaları iki ölkənin münasibətlərini gərginləşdirsə də, vəziyyətin nəzarətdən çıxma ehtimalı yoxdur.
Politoloqun qənaətincə, hər iki dövlətin NATO üzvü və Türkiyənin bu qurumun əsas sütunlarından biri olması mübahisəni qarşılıqlı ittihamlar səviyyəsindən o yana keçirmir:
“Yunanıstan yüz ilə yaxındır Türkiyədən etibarlı tərəfdaş davranışı görsə də son dövrlər Fransanın təhriki ilə başından böyük işlərə girişməyə çalışır. Ümumiyyətlə, Fransua Mitterandan sonra Fransa prezidentlərinin bir qayda olaraq Türkiyəyə qarşı aqressiv münasibət göstərməsinin şahidi oluruq. Məncə, bu antipatiya liderlərin şəxsi problemləridir.
Makron yaxın 3-5 ildə siyasətin zirvəsindən çəkiləcək və bölgədə yeni münasibətlər formalaşacaq. Türkiyə kimi qüdrətli və hərbi potensialı olan dövlətə qarşı ərazi iddiası irəli sürmək axmaqlıqdır, məntiqə sığmayan hərəkətdir. Yunanıstanın Avropa Birliyi toplantısında Türkiyəyə qarşı sanksiya çağırışı dəstək tapmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya