Antimilli şəbəkənin iç üzü GÖRÜNDÜ: “Erməni lobbisinə xidmət edirlər”
Fidan Həmişəyeva
10:14 27.07.2020
Siyasət
1166
“Xaricdəki antimilli şəxslər, erməni təxribatını Azərbaycan tərəfi edirmiş kimi obraz yaradır”
“Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Adil Məmmədov və digərləri dövlətimizə qarşı kampaniyaya başladılar”
“Bu şəxslərə hüquqi qiymətin verilməsinin vaxtı çatıb”
Ermənilər Azərbaycana qarşı əsas silahlarını aktivləşdirdilər. Xaricdəki antimilli şəbəkə sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçib. Əli Kərimli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və digər bu kimiləri ermənilərin tapşırığı ilə çıxışlar etməyə başlayıblar. Onlar xaricdə azərbaycanlıların Ermənistanın işğalçılıq siyasətinin əleyhinə olan aksiyalarını xuliqanlıq, quldurluq, vətənşüvənlik kimi qələmə verirlər.
Bu şəxslər azərbaycanlıların vətənpərvərlik aksiyasını ləkələməyə, onun mahiyyətini təhrif etməyə çalışırlar. Nəticədə ermənilərin mövqeyinə xidmət göstərir, onların cinayətkar əməllərinə bəraət qazandırmağa cəhd edilər. Azərbaycan xalqı bir daha xarici ölkələrə sığınıb dövlətimizə və millətimizə qarşı mübarizə aparan bu ünsürlərin əsl riyakar, xain mahiyyətini gördü.
Xaricdəki antimilli şəbəkənin vətən xaini olduğunu deyən millət vəkili Cavid Osmanov “Sherg.az”a bildirib ki, keçirilən aksiyalar Azərbaycan dövlətinə, ordumuza dəstək məqsədi daşıyır. Deputat qeyd edib ki, aksiyalar həm də separatçı Ermənistan rejiminin torpaqlarımızın işğalına son qoyulması çağırışları idi:
“Hər zaman olduğu kimi bu dəfə də Ermənistan lobbisinə xidmət edən bəzi şəxslər Milli Şura ətrafında birləşir. Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İsgəndərli, Adil Məmmədov və digər satqınlar dövlətimizə qarşı növbəti kampaniyaya başladılar.
Bu kampaniyanın da ermənilər tərəfindən idarə olunmasına heç kimi şübhəsi yoxdur. Ayın 12-si Ermənistan-Azərbaycan sərhəddində düşmən tərəfi təxribatalara başlayandan antimilli şəxslər də ölkə daxilində və xaricdə öz təxribatlarına başladılar.
Xaricdə Azərbaycan Diasporu tərəfindən keçirilən və müvafiq qurumlar tərəfindən razılaşdırılmış aksiyalarla bağlı ermənilər təxribat törətdi. Soydaşlarımızın daş-qalaq edilməsi, hücumlara məruz qalması bütün dünyaya məlum oldu.
Amma antimilli şəxslər, sanki, bunu Azərbaycan tərəfi edirmiş kimi obraz yaradır. Qeyd etdiyimiz antimilli şəxslər azərbaycanlıları dünyaya xuliqan, quldur kimi nümayiş etdirməyə çalışırlar”.
Parlament üzvü bildirib ki, məlum şəbəkə xalqımız tərəfindən nifrətlə qarşılanır:
“Xocalı soyqrımını həyata keçirən ermənilərə xidmət edən şəxslərin azərbaycanlı olması şübhə altındadır. Onlar uzun müddətdir ki, Ermənistana xidmət edirlər. Son hadisələr antimilli şəbəkənin iç üzünü göstərdi. 14-15 iyuldakı aksiyada Milli Məclisə edilən hücumla bağlı istintaq davam edir. İlkin nəticələrdən açıq-aydın görünür ki, bu təxribatı törədənlər birbaşa Əli Kərimlinin komandasındadır”.
C.Osmanov vurğulayıb ki, 12 iyul Ermənistan Tovuzda təxribata başlayanda bu ünsürlərə də tapşırıqlar gəlmişdi ki, ölkəmizin daxilindəki ictimai-siyasi vəziyyəti gərginləşdirsinlər:
“Amma bunu bacarmadılar. Çünki xalqımız onların arxasınca getmədi. Buna görə də dünya ölkələrində azərbaycanlıları vandal kimi təqdim etməyə başladılar. Artıq bu şəxslərə hüquqi qiymətin verilməsinin vaxtı çatıb. Xalqımız onları tarxin zibilliyinə atıb.
Hüquqi qiymətin verilməsi gözlənilən haldır. Yaxın gələcəkdə bunların şahidi olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi