AQEM-də Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib
Yusif Nəzərli
20:08 21.07.2025
Siyasət
420
Astana şəhərində Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin yeni inzibati binasinda Azərbaycan Republikasının Sədrliyi ilə Müşavirənin Yüksək Səviyyəli Şəxslər Komitəsi və Xüsusi İşçi Qrupunun iclasları keçirilib.
Azərbaycanın Xarici İşlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, komitənin iclası çərçivəsində AQEM-ə üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Bu kontekstdə, Azərbaycan Respublikasının “Daha güclü AQEM: rəqəmsallaşma, əlaqəlilik və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM-də sədrliyi çərçivəsində aktiv fəaliyyəti, həyata keçirilən və praktiki nəticəyə yönəlmiş təşəbbüsləri üzv dövlətlər tərəfindən təqdir olunub.
AQEM-in institusional gücləndirilməsi, sahəvi əməkdaşlığın və etimad quruculuğu tədbirlərinin səmərəliliyinin artırılması və AQEM-in beynəlxalq təşkilatlar ilə əməkdaşlığı istiqamətində Sədrliyin prioritetlərinin icrasında əldə edilmiş nailiyyətlər nəzərdən keçirilib və son 7 ay ərzində Azərbaycanın AQEM-də Sədrliyi zamanı atılan addımlar yüksək qiymətləndirilib.
Tədbirdə ətraf mühit ölçüsü üzrə etimad tədbirlərinin illik icrası nəzərdən keçirilib. Üzv dövlətlər AQEM məkanında dayanıqlı inkişafın təmin olunması və ətraf mühitin mühafizəsi sahəsində görülmüş tədbirlər barədə məlumat verilib. Azərbaycanın COP29 sədrliyi çərçivəsində əldə edilmiş tarixi nəticələr təqdir olunub.
Komitənin iclasında, həmçinin, Sədrliyin təşəbbüsü ilə irəlilədilən AQEM-in Qadınlar Şurası və Maliyyə Sammitinin təsisi ilə bağlı müvafiq qərarlar qəbul edilib. Bundan əlavə, AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya