Buna baxmayaraq, 44 günlük müharibədə Arutyunyanla Paşinyan arasında münasibətlərdə soyuqluq yaşandı. Hər ikisi məğlubiyyətə görə məsuliyyəti ad çəkmədən biri-birlərinin üzərlərinə atdılar. Ancaq müharibə bitdikdən sonra anladılar ki, biri-birlərinə dəstək verməsələr, rəqibləri onları məhv edəcək. Ona görə də Paşinyan və Arutyunyan müharibədən əvvəl olduğu kimi yenidən əməkdaşlıq yolunu seçiblər.
Arutyunyan gələcəyi olmayan bir terrorçudur
Turan
08:37 06.01.2021
Siyasət
664
Paşinyan isə hakimiyyətinin ömrünü uzatmağa çalışır
Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda Təhlükəsizlik Şurasının iclası keçirilib. Görüşdə Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan da iştirak edib. İclas iştirakçıları Ermənistan və Qarabağdakı vəziyyəti, humanitar problemləri, habelə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər. Paşinyan müharibədən əvvəl də Təhlükəsizlik Şurasının iclaslarına Araik Arutyunyanı çağırırdı. Hətta qondarma “seçkilər” zamanı da Arutyunyanı dəstəkləmişdi. Çünki digər “namizədlər” Qarabağ klanının adamlarıydı və Paşinyana nifrət edirdilər.
Buna baxmayaraq, 44 günlük müharibədə Arutyunyanla Paşinyan arasında münasibətlərdə soyuqluq yaşandı. Hər ikisi məğlubiyyətə görə məsuliyyəti ad çəkmədən biri-birlərinin üzərlərinə atdılar. Ancaq müharibə bitdikdən sonra anladılar ki, biri-birlərinə dəstək verməsələr, rəqibləri onları məhv edəcək. Ona görə də Paşinyan və Arutyunyan müharibədən əvvəl olduğu kimi yenidən əməkdaşlıq yolunu seçiblər.
Ermənistandakı prosesləri “Şərq”ə təhlil edən politoloq Fuad Heydər deyib ki, Paşinyan hakimiyyəti hələ də Dağlıq Qarabağda “status”un bərpa ediləcəyinə ümid edir. Analitikin sözlərinə görə, separatçı Arutyunyanı yanına əyləşdirən baş nazir müharibədən sonra onu tək qoymadığını göstərməyə çalışır:
“Paşinyan Arutyunyanla birgə ölkə daxilindəki rəqiblərinə, Rusiya və Azərbaycana mesay yollayır ki, guya, Ermənistanın Qarabağın dağlıq hissələrinə nəzarəti davam edir və gücünü itirməyib. Həm də göstərmək istəyir ki, Ermənistan müharibədən əvvəl olduğu kimi bölgənin iqtisadi və maliyyə problemlərinin həllində bundan sonra da iştirak edəcək. Əslində Paşinyan da bu hərəkətinin sadəcə görüntüdən ibarət olduğunu yaxşı dərk edir. Ermənistanın hazırkı durumu bəllidir.
Ölkədə hər sahə tənəzzül dövrünü yaşayır. Paşinyan isə hər gününü “istefa” şüarları, kütləvi etirazlarla açır. Belə durumda baş nazirin separatçıya verə biləcəyi heç nə yoxdur. Arutyunyan gələcəyi olmayan bir terrorçudur. Bu adamla birgə hərəkət və yenidən nəyəsə ümid bəsləmək riskli və təhlükəlidir. Çox güman ki, baş nazir növbəti dəfə yalan vədlərlə terrorçu başını aldatmaqla məşğuldur”.
Siyasi şərhçinin fikrincə, Paşinyan siyasi hakimiyyətinin ömrünü uzatmağa çalışır:
“Baş nazir 10 noyabr Bəyannaməsinə sadiq qalmaqla və Rusiya sülhməramlılarının rəhbəri ilə dəfələrlə görüşən Arutyunyana yaxşı davranmaqla idarəetmədə daha çox qalmaq niyyəti güdür. İndiki məqamda kreslodan getməklə bütün məsuliyyəti öz üzərinə almaq və tarixə məğlub rəhbər kimi düşmək istəmir. Ona görə də Paşinyanın Arutyunyanı Yerevana çağırması baş nazirin yenidən müharibə fikrinə düşməsi və cəhənnəmə vasil olmuş “status” məsələsini qaldıracağı anlamına gəlmir.
Qarabağ münaqişəsinin bitdiyini Paşinyan da çox gözəl anlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyənin müdafiə naziri Qətərə gedib
19:58 13.04.2026
Region
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya