Arzu Nağıyev: "Azərbaycan Fransa ilə hər hansı bir təmasdan imtina etməlidir"
Turan
11:43 21.11.2020
Siyasət
679
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa ermənipərəst fəaliyyətini davam etdirir. Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma “qurumu” tanımağı düşünür. Senatın belə bir qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması Bakı və Ankarada ciddi narazılığa səbəb olub. Lakin qeyd olunmalıdır ki, Fransa Senatı müsbət qərar qəbul etsə belə, qətnamənin heç bir hüquqi çəkisi olmayacaq.
Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı beynəlxalq hüquqla qorunur və hansısa ölkənin bir orqanı bu müddəanı poza bilməz. Digər tərəfdən, Fransa Konstitusiyasına əsasən, Senata təqdim edilən sənəd yalnız bir qətnamədir və icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüs irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma “qurumun” tanınmasından daha çox, onun tanınmağa ehtiyacı olduğunun iddiasıdır. Yəni bu qətnamə ətrafında qaldırılan hay-küy erməni lobbisinin oyunundan başqa bir şey deyil. Erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır. Erməni lobbisinin belə fəaliyyəti Fransanın mühafizəkar siyasi dairələrində də qıcıq doğurur və bu səbəbdən ermənilər öz təsir güclərini Fransada da itirməyə başlayıblar. Görünür ki, erməni lobbisinin əlində alətə çevrilən fransız siyasətçilər Fransanın Avropa ölkəsi kimi dəyərini azaltdıqlarının, onun demokratiyanın düşməni, erməni klanına xidmət edən ölkə kimi qələmə verilməsinin fərqində deyillər. Ancaq istənilən halda həmsədr Fransa rəhbərliyi öz ölkəsində baş verən bu proseslərə görə məsuliyyət daşıyır.
Millət vəkili Arzu Nağıyev deyib ki, Fransanın addımları, bəyanatları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlməklə yanaşı, beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Helsinki Yekun Aktına ziddir. Deputatın sözlərinə görə, hərbi əməliyyatların aktiv fazası dövründə Fransa parlamentinin bir qrup üzvü Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərək qondarma rejimin nümayəndələri ilə görüş keçiriblər. Bu səfəri Fransanın qondarma “Artsax”la həmrəyliyinin göstəricisi kimi qələmə veriblər:
“Həmsədrlərin 23 mart 1995-ci il tarixində qəbul edilmiş mandatına əsasən, Fransa öz fəaliyyətində ATƏT-in norma və prinsiplərini, BMT-nin Nizamnaməsini rəhbər tutmalıdır. Fransa tərəfi vasitəçiliyin prinsip və qaydalarını heçə sayır. Hətta ən yüksək siyasi səviyyədə açıq şəkildə anti-Azərbaycan mövqe sərgiləyir. Ona görə də təklif edirəm ki, Fransaya vasitəçi olaraq etimadsızlığı bəyan edək və həmsədrliklə bağlı razılığımızı geri götürək. Bir sözlə, Azərbaycan Fransa ilə hər hansı bir təmasdan imtina etməlidir. Şəhidlərimizin qanı bahasına başa gələn qələbəmizə nə Fransa, nə də digər dövlətlər kölgə sala bilər. Fransanın cəhdləri yolverilməzdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya