Arzuxan Əlizadə Milli İstiqlal Partiyasının sədri seçildi - FOTO
14:54 16.08.2020
Siyasət
1005
Azərbaycan Milli İstiqlal Partiyasının XI Qurultayı keçirilib. Videokonfrans şəklində keçirilən Qurultayda AMİP sədr əvəzi Arzuxan Əlizadə partiyanın sədri seçilib.
Musavat.com xəbər verir ki, qurultayda AMİP Nizamnaməsnə əlavə və dəyişikliklər edilmiş, katiblik institutu ləğv olunaraq yerinə müavinlik institutu yaradılıb.
Həmçinin Qurultaylararası dövrdə partiyanın Ali orqanı olan Mərkəzi Şuraya, eləcə də Mərkəzi İntizam Komissiyasına seçkilər keçirilib, tərkib müəyyənləşdirilib.
AMİP Lideri Etibar Məmmədov Qurultaya qatılaraq ölkədəki mövcud ictimai-siyasi durum və Partiyanın qarşısında duran vəzifələr, eləcə də sosial-iqtisadi sahədəki problemlər, Dağlıq Qarabağ, Türkiyə - Azərbaycan strateji müttəfiqliyi və bir sıra digər məslələrlə bağlı geniş çıxış edərək partiya rəhbərliyinə və yerli təşkilatlara öz tövsiyələrini verib.
Partiya rəhbərliyinin hesabat çıxışlarından sonra AMİP-in üzv olduğu beynəlxalq təşkilatlardan (Beynəlxalq Demokrat İttifaqı, Avropa Xalq Partiyası, Almaniya Xristian Demokrat İttifaqı, İsveç Moderat Partiyası, İspaniya Xalq Partiyası, Gürcüstan Milli Birlik Hərərkatı), Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalardan (BAP, ALDP, AMDHP, Xalq Partiyası, Ağ Partiya, Turan Partiyası, Dünyəvi Bozqurdal Partiyası), ictimai təşkilatlardan, eləcə də Prezident Adminstrasiyasının “Siyasi Partiyalar və Qanunverici Hakimiyyətlə iş şöbəsindən Qurultaya ünvanlanmış təbrik məktubları iştirakçıların nəzərinə çatdırılıb.
Qurultayda bir sıra sahələr üzrə bəyanatlar, işçi sənədlər və Qətnamələr qəbul olunub. Qurultayın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bəyanatında bu vaxtadək aparılan danışıqların səmərəsizliyi, Dağlıq Qarabağın statusu ilə bağlı Ermənistanin keçmiş və hazırki hakimiyyətlərinin sərgilədiyi qeyri-konstruktiv və aqressiv yanaşmanı nəzərə almaqla bu danışıqların bundan sonra da heç bir nəticə verməyəcəyi diqqətə çatdırılıb, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan səmərəsiz danışıqların dayandırılmasının zəruriliyi qeyd olunub və problemin nizamlanmasının yalnız hərbi-siyasi yolunu məqbul sayıldığı bəyan edilib.
AMİP Qurultayı bütün sahələrdə islahatların həyata keçirilməsinə, iqtisadiyyatın ilberallaşdırılmasına, antiinhisar tədbirlərin gücləndirilməsinə, azad rəqabət mühitinin yaradılmasına ehtiyac olduğunu vurğulayaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığına son qoyulması, azad sahibkarlığın inkişafı, mülkiyyət toxunulmazlığı, rüşvət və korrupsiya, təhsil, səhiyyə, kənd təsərrüfatı, təqaüd və müavinətlər, ərzaq təhlükəsizliyi və bir sıra digər məslələrlə bağlı sənədlər qəbul edib.
Sonda özündə Dağlıq Qarabağ problemi, Türkiyə Cümhuriyyəti ilə hərbi strateji müttəfiqlik müqaviləsinin bağlanması, siyasi sistem və idarəetmə, yerli özünüidarəetmə, Xarici Siyasət və digər sahələri ehtiva edən Qətnamə qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat