"AŞPA işğalçının “seçki şousu”na susur" – Qərəz və ikili standartlar
!
Şəymən Bayramova
09:14 15.04.2020
Siyasət
1181
“AŞPA bu dəfə də öz mürtəce ənənələrinə sadiq qalaraq münasibət bildirmədi, Ermənistanı qınamadı”
Bütün beynəlxalq aləmin qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir. Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə bildirib. Ölkə başçısı qeyd edib ki, Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəməyib:
“Bu gün isə “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər”ə susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb”.
Millət vəkili Ceyhun Məmmədov “Sherg.az”a açıqlamasında ilk növbədə müşavirədə Prezident İlham Əliyevin qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilən saxta seçkilərə geniş yer verməsinə toxunub və bu çıxışın əhəmiyyətdən danışıb. Bu “seçkinin” Ermənistanın mövqeyinə növbəti ciddi zərbə vurduğunu, danışıqlar prosesini zədələdiyini qeyd edib:
“Ölkə başçısının da söylədiyi kimi,Azərbaycan işğalla heç zaman barışmayacaq, torpaqlarını hər an azad etməyə hazır vəziyyətdədir. Prezident bunun üçün gərəkən bütün addımların atıldığını bəyan edib. “Seçki”lərdən sonra aparıcı beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası bu “seçkiləri” tanımadığını və bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan ediblər. Bu bir daha Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı tərəf olduğunu göstərir. Yuxarıda qeyd olunan təşkilatlardan fərqli olaraq AŞPA isə hər zamankı kimi prosesə reaksiya vermədi”.
Prezidentin haqlı olaraq sözügedən müşavirədə AŞPA-nın saxta seçkilərə münasibət bildirməməsini, anti-Azərbaycan siyasət yeritməsini sərt tənqid etdiyini vurğulayan deputat deyib ki, bu kimi yanaşmanın Azərbaycanla bağlı hesabatlarda açıq büruzə verdiyininin də dəfələrlə şahidi olub:
“Təəssüfki AŞPA bu dəfə də öz mürtəce ənənələrinə və qərəzli mövqeyinə sadiq qalaraq münasibət bildirmədi, Ermənistanı qınamadı. Düşünürəm ki, Azərbaycan Dağlıq Qarabağın işğaldan azad olunması, Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliyinin ifşası istiqamətində səylərini daha da gücləndirilməlidir. Eyni zamanda ikili standartlar, qərəzli yanaşamalarla da bağlı mövqeyini bildirməlidir. Necə ki, Cənab Prezident bütün görüşlərdə bunu edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur