Avropa İttifaqı ABŞ-yə qarşı cavab tədbirləri görməyə hazırdır
Yusif Nəzərli
18:49 03.02.2025
Siyasət
319
Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın əlavə ticarət rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə hazır olduqlarını bildiriblər.
APA xəbər verir ki, siyasətçilər ticarət müharibəsinin hər iki tərəfə zərər verəcəyi barədə xəbərdarlıq ediblər.
Bundan əvvəl Tramp Çin, Kanada və Meksikaya qarşı daha əvvəl elan edilmiş rüsumlar siyasətini davam etdirərək Avropaya məhdudiyyətlər tətbiq etmək niyyətini təsdiqləyib. Konkret tədbirlər və onların tətbiqi vaxtı hələ dəqiqləşdirilməyib.
Fransa prezidenti Emmanuel Makron Aİ-NATO sammitində çıxışı zamanı Avropanın iqtisadi təzyiqlərə məruz qalacağı təqdirdə kənarda durmayacağını vurğulayıb.
“Əgər bizə ticarət sferasında hücum olarsa, Avropa müstəqil qüvvə kimi özünü təsdiq etməli və müvafiq cavab verməlidir.
Brüssel cavab tədbirlərinin tətbiqini istisna etmir. Avropa Komissiyası artıq mümkün cavab ssenarilərini hazırlayıb, lakin detallar hələ açıqlanmayıb.
“Biz Trampın bəyanatlarını diqqətlə dinləyirik və təbii ki, cavab verməyə hazırlaşırıq”, - deyə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
Almaniya kansleri Olaf Şolts vəziyyəti şərh edərkən vurğulayıb: “Avropa güclü iqtisadi regiondur və müstəqil şəkildə öz ticarət siyasətini formalaşdırmaq iqtidarındadır. Brüssel simmetrik tədbirlərlə cavab verə bilər.”
Bir sıra Avropa liderləri Vaşinqtonla dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Finlandiyanın baş naziri Petteri Orpo məsələ ilə bağlı deyib: “Biz Trampla danışıqlar aparmalıyıq. Ticarət müharibəsinə başlamaq bizim maraqlarımıza uyğun deyil”.
Avstriya kansleri Aleksandr Şallenberq xatırladıb ki, Aİ-nin ABŞ ilə mal ticarətində müsbət saldosu var, lakin xidmət sektorunda kəsir var.
“Biz balanslaşdırılmış həll yolu tapmalıyıq”, - deyə o bildirib.
Litva Prezidenti Gitanas Nauseda ABŞ maye qazı və silahlarının alınması da daxil olmaqla iqtisadi əməkdaşlıq yollarını axtarmağı təklif edib
“Biz ABŞ-a əlverişli şərtlər təklif etməliyik, istər avtomobil sənayesi, istərsə də enerji sahəsində sazişlər”, - deyə o bildirib.
Vəziyyət müzakirə mərhələsindədir, lakin Brüssel Vaşinqtonun gələcək addımlarından asılı olaraq hərəkət etməyə hazır olduğunu açıq şəkildə bildirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya
Kainatın qaydalarını pozan qara dəlik kəşf edildi
18:26 23.02.2026
Maraqlı
Hüquqşünas Müşfiq Abbasov inzibati qaydada həbs olunub
18:12 23.02.2026
Hadisə
Cevdet Yılmaz Azərbaycana səfər edəcək
18:05 23.02.2026
Siyasət
Luka Modriç karyerasını başladığı kluba qayıda bilər
17:58 23.02.2026
Futbol
Göygöl Dövlət Arxivi İdarəsinə yeni müdir təyin olundu - FOTO
17:50 23.02.2026
Cəmiyyət
Azərbaycan İranla əməkdaşlığı genişləndirməyi planlaşdırır - ŞƏRH
17:41 23.02.2026
Gündəm