"Ayasofya"nın taleyi Ərdoğana tapşırıldı
Turan
07:20 10.07.2020
Siyasət
890
Toğrul İsmayıl: "Əlbəttə, etirazlar olacaq"
Türkiyədə həftələrdir müzakirə olunan məsələlərdən biri 1934-cü ildən bəri muzey kimi fəaliyyət göstərən Ayasofyanın məscidə çevrilərək müsəlmanların istifadəsinə verilməsidir. Bir müddət əvvəl Ayasofyanın taleyi Türkiyə məhkəməsinə həvalə edilsə də, Ali Məhkəmə bütün hüquqları Prezident Rəcəb Tayyib Ərdoğana verib.
Daha doğrusu, türk hakimlər Ayasofyanın muzey statusu ilə bağlı qərarını qüvvədə saxlasalar da, hazırkı dövlət başçısının onu dəyişdirmək və ya dəyişdirməmək hüququna sahib olduğunu təsdiq ediblər. Məhkəmə zamanı Atatürkün 1934-cü il fərmanındakı imzanın əsl və ya saxta olub-olmadığı da araşdırılıb. Hökumətyönümlü mətbuat müsbət qərar olacağı təqdirdə, ilk duanın 15 iyulda, hərbi çevriliş cəhdinin qarşısının alınmasının dördüncü ildönümü günündə ediləcəyini ehtimal edir. Qədim məbədin aqibəti Türkiyənin Dövlət Şurasının iclasında da müzakirə olunub. Şura rəsmi qərarını 15 gün ərzində elan edəcək. Ayasofya söz-söhbətinə ilk sərt reaksiya gözlənildiyi kimi Yunanıstandan gəlib. Afina hökuməti Ankaranı “yanlış” qərar verməməyə çağırıb. Daha sonra Rusiyanın rəsmi məqamları və Ortodoks Kilsəsi də Ayasofyanın məscidə çevrilməsinin əleyhinə olduqlarını bildiriblər. Bu məkan bütün ortodoks ruslar üçün müqəddəs məkan hesab edilir.
Ayasofya ətrafında gedən mübahisələri “Şərq”ə dəyərləndirən Türkiyədə yaşayan professor Toğrul İsmayıl deyib ki, məbəd 1934-cü ildən hökumət qərarı ilə muzeyə çevrilib. Onun sözlərinə görə, uzun müddət kompleksin bir hissəsində müsəlmanlar öz ibadətlərini davam etdiriblər:
“Mərkəzi binanın məscid kimi istifadə olunmasına baxmayaraq, məbəd əsasən muzey şəklində fəaliyyət göstərirdi. Ayasofya çox geniş tarixi kompleksdir. YUNESKO-nun mədəni irs siyahısına salınıb və dünya mirası hesab olunur. Əslində dövlət başçısı Ərdoğan məbədlə bağlı qərarı birbaşa özü verə bilərdi. Amma başqa yol seçdi və qərarı məhkəmənin öhdəsinə buraxdı. Ali Məhkəmə də Prezidentə səlahiyyət verdi. Müxtəlif ehtimallar səslənir, bəzi mətbu orqanlar iddia edir ki, cümə günü Ayasofya ilə bağlı yekun qərar verilə bilər. Digər mənbələr isə 15 iyul tarixində qərarın açıqlanacağını söyləyir. Qərarın nə vaxt veriləcəyindən asılı olmayaraq, Ayasofyanın ibadətə açılıb-açılmaması Türkiyənin daxili işidir. Hər kəs məhkəmənin və dövlətin qərarına hörmət etməyə borcludur. Əlbəttə, etirazlar olacaq. Məscidə çevrilməsini dəstəkləyənlərlə yanaşı, Ayasofyanın muzey kimi qalmasını istəyənlər də var. Hər iki tərəfi anlamaq mümkündür. Amma qanunlar bütün baxışların üstündədir və cəmiyyətin bölünməsinə gətirib çıxartmamalıdır. Diqqət etdinizsə, müxalifət partiyaları Ayasofyanın məscidə çevrilməsinə çox etiraz etmədi. Onların narazılığı hakimiyyətin bu məsələni siyasi diskusiyaya çevirməsi idi”.
Professor xarici ölkələrin məbədlə bağlı qərara etiraz etməsinə də münasibət bildirib: “Ayasofya 500 ildən çoxdur məscid kimi fəaliyyət göstərib. Hansısa ölkə məbədin təkrar ibadət üçün müsəlmanlara açıq elan olunmasına qəti şəkildə etiraz edə bilməz. Beynəlxalq hüquq buna imkan vermir. Bəzi ölkələr Türkiyəyə təzyiq göstərmək üçün istənilən məsələni bəhanə edirlər. Yunanıstanın isə Ayasofya ilə ümumiyyətlə əlaqəsi yoxdur. Yunanıstan o zaman etiraz edə bilər ki, Afinada məscid tikər və orada yaşayan müsəlmanları sıxışdırmaz. Belə hadisələr tarixdə olub. Bu gün İspaniyada olan bir çox məscid kilsəyə çevrilib və xristianların istifadəsinə verilib. Hər dövlətin daxili işi hesab olunduğuna görə, beynəlxalq müstəvidə belə məsələlər müzakirə olunmur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Möhsün Rzayi: İran xalqı Trampa böyük məğlubiyyət yaşadıb
21:57 04.11.2026
Dünya
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
20:17 04.11.2026
Futbol
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat