"Şübhəsiz ki , bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır .Bu Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər də bu siyaət davam etdiriləcəkdir".
“Azərbaycan-Almaniya münasibətləri inkişaf etməkdədir” - Bərabərhüquqlu tərəfdaşlıq !
Şəymən Bayramova
09:25 25.05.2020
Siyasət
812
“Respublikamız bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib”
Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qondarma Dağlıq Qarabağ adlı qurum yaradaraq onu beynəlxalq hüququn subyekti kimi dünyaya tanıtmaq istəyir. Beləliklə də status-kvonu legitimləşdirərək işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır. Ancaq Azərbaycan diplomatiyasının səyi nəticəsində irəliyə doğru atmaq istədiyi hər bir addım bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir. Almaniya XİN-in yaydığı son bəyanatda bir daha Dağlıq Qrabağ adlı bir qurumu tanımadığının bəyan edilməsi bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir.
Millət vəkili Hikmət Məmmədovun sözlərinə görə bütün beynəlxalq sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və müdafiə edilir. Ancaq deputat “Sherg.az”a deyib ki, Almaniya XİN –in bəyanatı təkcə bununla izah edilməməli həm də Almaniya – Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir:
" İki ölkə arasında mövcud olan bərabərhüquqlu tərəfdaşlıq münasibətləri get- gedə inkişaf etməkdədir. Azərbaycan bu ölkə ilə həm Avropa İttifaqına üzv olan ölkələr çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib . Unutmaq olmaz ki , Avropa İttifaqı Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarındadır.
Bundan başqa Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib və bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər daha şaxələndirilmiş olub ki , hazırkı enerji təhlükəsizliyi baxımından bu çox vacibdir. Bundan başq ölkəmizin həyata keçirdiyi qlobal yol – nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və xeyli təhlükəli hesab edilən dəniz vasitəsilə yükdaşımalara yeni alternativ yaradıb.
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub . Bir müddət öncə biz Fransanın müstəqil məhkəmələri tərəfindən də qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmalarının ləğv edildiyinin şahidi olduq . Bütün bunlar əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər".
Deputatın sözlərinə görə, Almaniyada eyni zamanda qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların da fəaliyyəti qadağan edilib ki, bu işğalçı Ermənistanın və seperatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub:
"Şübhəsiz ki , bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır .Bu Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər də bu siyaət davam etdiriləcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm
Aİ Kanadaya blokun ilk assosiativ üzvü olmağı təklif edib
12:47 16.09.2026
Gündəm
5 yaşlı uşağın faciəli ölümü: Boğazında oyuncaq qaldı
12:21 16.09.2026
Hadisə
Qadınlar niyə kişilər kimi həmrəylik göstərə bilmir?
11:57 16.09.2026
Cəmiyyət
Məkkəyə hücumun qarşısı alındı
11:50 16.09.2026
Dünya
Medvedçuk: “Sadə avropalılar Rusiya ilə müharibə istəmir”
11:33 16.09.2026
Dünya