Azərbaycan BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin üzvlüyünə seçilib
Yusif Nəzərli
06:59 25.06.2025
Siyasət
414
24 iyun 2025-ci il tarixində Nyu-York şəhərində keçirilmiş “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyaya tərəf dövlətlərin 12-ci iclası çərçivəsində Azərbaycan Respublikası BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin (CMW) 2026-2029-cu illər üzrə üzvlüyünə seçilib.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, rəqabət şəraitində baş tutmuş seçkilərdə Azərbaycan ilə yanaşı 7 ölkədən olan namizədlər vakant yerlər uğrunda mübarizə aparıb. Azərbaycan Respublikası təmsilçisi səsvermənin ilk mərhələsində bütün namizədlər arasında ən yüksək səs toplayaraq Komitəyə üzv seçilib.
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi “Bütün Əməkçi Miqrantlar və Onların Ailə Üzvlərinin Hüquqlarının Qorunması haqqında” Beynəlxalq Konvensiyanın icrasına nəzarət edən 14 müstəqil ekspertdən ibarətdir.
Azərbaycan Respublikası qeyd edilən Komitə ilə yanaşı BMT-nin insan hüquqları üzrə müqavilə qurumlarından olan Qadınlara Qarşı Ayrı-seçkiliyin aradan Qaldırılması və İqtisadi, Sosial və Mədəni Hüquqları üzrə Komitələrdə də təmsil olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət