Azərbaycan Cənubi Qafqazda qurulacaq çirkin siyasi oyunlara mane oldu - Politoloq
14:18 15.11.2020
Siyasət
616
İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də bu günlərdə Fransanın səsləndirdiyi bəyanatlar sübut edir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi. Bir daha aydın olur ki, həmsədrlərin problemi ədalətli həll etmək üçün məqsədi yox idi və ümumiyyətlə onlar buna çalışmırdılar.
Bunu Trend-ə politoloq Şəbnəm Həsənova deyib.
Onun sözlərinə görə, Fransanın sərgilədiyi mövqe ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərəflik statusuna zidd olmaqla yanaşı, həm də anneksiya siyasətinə dəstək verməkdir:
"Bütün bunlara baxmayaraq müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti kökündən dəyişdi. ATƏT-in Minsk qrupunun diplomatik səyi ilə deyil, məhz cənab Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu və beləliklə də Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu illər ərzində həmsədrlər münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərmədilər. Hətta indi belə həmsədr ölkə olan Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur. Bundan əlavə, mövcud münaqişədən istifadə edərək Cənubi Qafqazda siyasi oyunlar qurmaqla öz maraqlarını təmin etmək istiqamətində qurduqları planları baş tutmadığı üçün bu dövlətlər ciddi narahat olurlar".
"Hər kəs anlamalıdır ki, Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması istər Azərbaycanın, istərsə də Ermənistanın maraqlarına uyğundur və bu missiya Cənubi Qafqazla heç bir tarixi, siyasi, iqtisadi əlaqələri olmayan ölkələri narahat etməməlidir. Artıq hərbi əməliyyatların bitməsini nəzərə almalı olan bu dairələr ultimativ ritorikadan çəkinərək Ermənistanı yeni reallıqlarla barışmağa çağırıb, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə səsləsələr, daha məqsədəuyğun olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou