“Azərbaycan düşünülmüş strategiya əsasında addım atır”
Banuçiçək Kalbalıyeva
09:59 06.05.2020
Siyasət
833
“Ölkəmiz 120 dövləti ortaq bir məxrəcə gətirdi. Bu, dövlət başçımıza göstərilən etimaddan xəbər verir”
“Zirvə görüşü tarixi hadisə oldu. Bu videokonfransın onlayn şərhində iştirak etməyim mənim üçün böyük şərəf idi”.
Bunu Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda onlayn formatda keçirilən Zirvə görüşü barədə “Sherg.az”a fikir bildirərkən millət vəkili, AŞ PA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
O, Azərbaycanın çox ciddi təşəbbüslərlə çıxış etdiyini xüsusi vurğulayıb:
“Hökumətimiz bu videokonfrans vasitəsilə təkcə 120 ölkəni birləşdirmədi, həm də çıxış yollarını təqdim etdi. Sözdə yox, əməldə həmrəyliyin vacibliyini göstərdi. Azərbaycan bundan əvvəl BMT Baş Assembleyasının onlayn toplansının keçirilməsində, fundamental məlumat bazasının yaradılmasında aparıcı rol oynayıb. Həmçinin ÜST-yə 5 milyon dollar vəsaitin də ayrılması hökumətimizin bu məsələyə necə ciddi yanaşmasını bir daha nümayiş etdirdi. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan düşünülmüş strategiya əsasında addım atır. Görülən tədbirlər sayəsində haqqın kim, nahaqqın kim olduğu bilinəcək”.
S.Seyidov vurğulayıb ki, heç böyük dövlətlər bunu edə bilməyiblər:
“Avropa Şurası hələ tərkibindəki 47 ölkəni birləşdirə bilməyib. Amma Azərbaycan 120 dövləti ortaq bir məxrəcə gətirdi. Bu, ölkəmizin nüfuzundan, dövlət başçımıza göstərilən etimaddan xəbər verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət