“Azərbaycan ərazi bütövlüyünü dünyaya qəbul etdirə bilib”
Şəymən Bayramova
09:29 05.06.2020
Siyasət
997
“Ən mötəbər beynəlxalq müstəvilərdə ölkəmizin ərazi bütövlüyü daha açıq bəyənatlarla dəstəklənməkdədir”
“Ölkə rəhbəri bütün görüşlərində Ermənistan-Azərbaycan münasibətləri, Dağlıq qarabağ münaqişəsinə toxunur. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi istiqamətində həyata keçirilən strategiyadan bəhs edir. Eyni zamanda münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllininə xüsusi diqqət çəkir”.
Bu sözləri millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”a Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunduğu məsələləri şərh edərkən deyib.
Son illərdə müşahidə olunan reallığa əsaslanan millət vəkili deyib ki, Azərbaycan Respublikası münaqişə vəziyyətində belə özünün iqtisadi –siyasi-hərbi potensialını gücləndirir:
“Azərbaycan prezidentinin hücum diplomatiyası sahəsində ən mötəbər beynəlxalq müstəvilərdə ölkəmizin ərazi bütövlüyü daha açıq bəyənatlarla dəstəklənməkdədir. Münaqişənin dəstəklənməsinin yeganə şərti kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması prinsipi daha intensiv şəkildə səsləndirilir. Hədəfə çatmaq üçün rəsmi Bakı tərəfindən də ciddi səylər edilir. Hər şeydən öncə Azərbaycan özünün ədalətli mövqeyini beynəlxalq müstəvidə qəbul etdirə bilib. Buna isə iqtisadi potensialını gücləndirmək, beynəlxalq iqtisadi əməkdaşlıq sistemində çox ciddi tərəfdaş, ən yüksək investisiya mühitinə sahib olduğunu təsdiq etməklə nail olub”.
Bütün siyasi münasibətlərin kökündə iqtisadi amillərin dayandığını vurğulayan millət vəkili deyib ki, siyasi müttəfiqlik edən bütün dövlət iqtisadi platforma üzərindən çıxış edirlər. Azərbaycan da öz iqtisadi potensialına söykənərək uğurlu siyasət formalaşdırıb:
“Bu münasibətlər fonunda da Azərbaycan həqiqətlərini, ərazi bütövlüyünü dünyaya qəbul etdirə bilib. Cənab prezidentin də qeyd etdiyi kimi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli tənzimlənməsi bütün cəbhələrdə resurslarımız səfərbər edilib. Tarixi reallıqları dünya ictimaiyyətinə çatdırmaq xüsusi əhəmiyyət kəsb edir ki, bu proses şəxsən dövlət başçısı tərəfindən ən yüksək kürsülərdə həyata keçirilir .Bu isə bizim siyasi potensialımızı artırır, həm də mövqelərimizi gücləndirir”.
Deputat hesab edir ki, Ermənistan – Azərbaycan münaqişəsinin tənzimlənməsində Azərbaycanın haqq mövqeyini daha geniş auditoriyalara çatdırmaq üçün ermənistanın işğalçı, faşist mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır:
“Bu istiqamətdə də ölkə prezidenti əsaslı arqumentlərlə davamlı çıxışlar edib. Ən mötəbər kürsülərdə Ermənistanın açıq şəkildə fazimi dəstəklədiyini səsləndirib. Faşizmi bəşəriyyət üçün böyük bəla hesab edən prezident müasir dövrdə faşizmin təbliğatının yolverilməz olduğunu diqqətə çatdırıb. Doğurdan da indiki dövrdə faşizmi aktual saxlamaq sadəcə Cənubi Qafqaz üçün deyil, bütünlükdə dünya üçün təhlükə mənbəyidir”.
“Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyinə dair ölkə başçısının diqtə etdiyi mövqe getdikcə daha intensiv səslənməkdədir. Azərbaycanla əməkdaşlıq edən, eyni zamanda münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən subyektlər Azərbaycanın ordusunun imkanları haqqında aydın təsəvvürlərə malikdirlər”- deyə E. Mirbəşiroğlu əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm