Azərbaycan-İtaliya münasibətləri: Əlaqələr yeni mərhələyə qədəm qoyub
Şəymən Bayramova
11:27 22.02.2020
Siyasət
739
Prezident İlham Əliyev fevralın 20-də İtaliyaya səfərə yollanıb. Bu dövlət səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından yüksək qiymətləndirilib. Prezident İlham Əliyev səfər çərçivəsində İtaliya Respublikasının Prezidenti, Nazirlər Şurasının Sədri, İtaliya Respublikası Senatının Sədri, İtaliya Respublikası Deputatlar Palatasının sədri ilə çox səmərəli görüşlər keçirib. Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın inkişafı və gücləndirilməsi üzrə Birgə Bəyannamə imzalanıb.
Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində Azərbaycan və İtaliyanın sıx əməkdaşlığını müəyyən edən, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələri əhatə edən vacib sənəd hesab olunur. Sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyən edir, ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Prezident İlham Əliyevin İtaliya səfərini dəyərləndirən ekspertlərin fikrincə, bu uğurlu dövlət səfəri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından yeni bir mərhələnin əsasını qoydu.
Milli Məclisin digər üzvü Azər Badamov diqqətə çatdırıb ki, ölkə başçısı İlham Əliyevin İtaliyaya səfəri ölkələrimiz arasında strateji əməkdaşlıq əlaqələrinin daha da genişlənməsini şərtləndirəcək:
“Səfər çərçivəsində imzalanan sənədlər, əldə olunan razılaşmalar və səsləndirilən Birgə Bəyanat da bunu deməyə əsas verir. Siyasi baxımdan İtaliya- Azərbaycan dost ölkələrdir. İtaliya Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun həll olunmasının tərəfdarıdır. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinin tərəfdarıdır”.
İqtisadi sahədə də ölkə başçısının İtaliya səfərinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan A.Badamov hesab edir ki, ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlıq mövcud olsa da, istifadə olunmamış potensial daha genişdir:
"Azərbaycan Cənub Qaz Dəhlizinin tikintisini başa çatdırmaq üzrədir. TAP layihəsində də demək olar, son tamamlama işləri həyata keçirilir. Hesab edirəm ki, bu layihənin başa çatması Azərbaycan qazının İtaliyaya satılmasına imkan verəcək. İtaliya neft məhsullarının 90 faizindən çoxunu Azərbaycandan alır. Qeyri-neft sektoru üzrə isə bu sahədə istehsal olunan məhsulların ixracı üçün İtaliya bazarında imkanlar genişlənəcəkdir. Avropanın mərkəzində yerləşən İtaliya ilə münasibətlərin genişlənməsi Azərbaycanın Avropa İttifaqı ilə də münasibətlərinin daha da genişlənməsinə gətirib çıxaracaq. Beynəlxalq arenada bizə dost ölkələrin sayının çoxalması vacibdir. Ölkəmizdə kənd təsərrüfatı və sənaye sahələrində yeni texnologiyaların tətbiqində İtaliya şirkətləri geniş iştirak edə bilərlər. İtaliya-Azərbaycan arasında qarşılıqlı investisiya qoyulması ilə bağlı razılaşmaların əldə olunması yeni əməkdaşlıq imkanlarını daha da genişləndirəcək". Millət vəkili deyib ki, bu ilin İtaliyada "Azərbaycan ili" elan olunması da iki ölkə arasındakı mədəni əlaqələri baxımından yüksək əhəmiyyət daşıyır. Əlavə olaraq qeyd edib: "Xarici görünüş baxımından azərbaycanlılarla italyanların bir-birinə bənzəməsi bizim mədəniyyətlərimizin də bir-birinə inteqrasiya olunması, ölkə mədəniyyətinin İtaliyada tanıdılması iki ölkə arasındakı dostluq münasibətlərini daha da genişləndirəcək. 1500-dən artıq tələbə İtaliyada təhsil alır. Bu istiqamətdə də əlaqələri inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, ölkə başçımızın İtaliyaya səfəri ölkələrimiz arasındakı əlaqələrin inkişafını sürətləndirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu rayonlarda işıq olmayacaq
23:51 16.09.2026
Cəmiyyət
İmişlidə zəlzələ olub
23:36 16.09.2026
Hadisə
Yevlaxda şəhidin xanımı 4-cü mərtəbədən yıxılaraq ölüb
22:59 16.09.2026
Hadisə
Azərbaycan effektli, ölçülü-biçili siyasət aparır - ŞƏRH
22:37 16.09.2026
Gündəm
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir
22:33 16.09.2026
Cənubi Qafqaz
Təhsil xərclərində 1,6 faiz artım olacaq
22:04 16.09.2026
İqtisadiyyat
Manat gələn il də sabit qalacaq
21:48 16.09.2026
İqtisadiyyat
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur