Azərbaycan-Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub
Yusif Nəzərli
06:52 04.07.2025
Siyasət
283
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndidə Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.
APA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər siyasi və diplomatik əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin daha da dərinləşdirilməsinə sadiqlik təsdiqlənib.
Nazirlər yüksək səviyyəli mütəmadi görüşlərin və əldə olunmuş razılaşmaların ardıcıl həyata keçirilməsinin Türkmənistan-Azərbaycan əlaqələrinin daha da dərinləşməsinə və genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Tərəflər enerji sahəsində əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Türkmənistan və Azərbaycanın regional və beynəlxalq nəqliyyat dəhlizlərinin əsas qovşaqları kimi strateji rolu vurğulanıb.
Nazirlər iqtisadi əlaqələrin şaxələndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılması yollarını nəzərdən keçirib, həmçinin mədəniyyət, təhsil, elm və digər sosial sahələrdə əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm