
Azərbaycan üçün əsas məqsəd dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasıdır -ŞƏRH
Yusif Nəzərli
16:06 09.08.2025
Siyasət
552
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar davam edir. 2020-ci ildən sonra bölgədə yaranan yeni vəziyyət iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanlar açıb. Azərbaycan bu prosesin uğurla başa çatması üçün iki əsas şərt irəli sürüb. Bu şərtlərdən biri artıq yerinə yetirilib.
Dünən ABŞ Prezidenti D.Trampın şahidliyi ilə Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı. Minsk Qrupu artıq fəaliyyətini dayandırdı. Lakin Ermənistan Konstitusiyasında hələ dəyişiklik olunmayıb. Bu məsələ sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlama verib:

"Əsas sülh müqaviləsi Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra qəbul ediləcək.
Azərbaycan iki əsas şərt irəli sürüb. Birincisi, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi, ikincisi isə ATƏT-in Minsk Qrupunun ləğv olunması idi. Ermənistan ikinci şərti qəbul etdi. Minsk Qrupu artıq formal olaraq fəaliyyətini dayandırdı.
Lakin hələ də Ermənistan Konstitusiyasında dəyişiklik edilməyib. Ermənistan mediasında yayılan məlumata görə, 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə eyni vaxtda Konstitusiyaya dəyişikliklə bağlı referendumun keçirilməsi planlaşdırılır. Ehtimal olunur ki, həmin referendumda Azərbaycanın etiraz etdiyi maddələr Konstitusiyadan çıxarıla bilər.
Bu maddələrin Konstitusiyadan çıxarılmasından sonra Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması mümkün ola bilər".
Politoloq hazırkı mərhələdə Ermənistan Konstitusiyasında həmin maddələrin mövcudluğu səbəbindən belə bir sənədin imzalanmasının real görünmədiyini söyləyib:
"Sabah Ermənistanda revanşist qüvvələrin yenidən hüquqi baza yaradaraq sülh sazişini pozmağa cəhd göstərməsi ehtimalı istisna edilmir.
Azərbaycan üçün əsas məqsəd tələsik deyil, dayanıqlı və uzunmüddətli sülhün təmin olunmasıdır. Rəsmi Bakı bu məsələdə ilk gündən prinsipial mövqe nümayiş etdirib. Son hadisələr də göstərdi ki, Azərbaycan dövləti bu mövqedə haqlıdır və sonadək öz prinsipiallığını qoruyur.
Artıq sülh sazişi paraflanıb. Gözlənilir ki, Ermənistan yaxın vaxtlarda referendum keçirərək mübahisəli maddələri Konstitusiyadan çıxarsın. Bu addımdan sonra Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması real görünür. Hazırda yeganə açıq qalan məsələ də məhz budur. Digər bütün məsələlər demək olar ki, öz həllini tapıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm