
Azərbaycan üçün Pakistan Türkiyə qədər önəmli dövlərdir -Politoloq
09:45 24.02.2025
Siyasət
479
Azərbaycan-Pakistan strateji tərəfdaşlığı tarixi, siyasi, iqtisadi və hərbi sahələrdə dərin əlaqələrə əsaslanır. Hər iki ölkə beynəlxalq arenada bir-birini dəstəkləyir və dostluq münasibətlərini strateji səviyyəyə yüksəldib. Azərbaycan və Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Pakistan, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub və Ermənistanın işğal etdiyi torpaqlarla bağlı daim Azərbaycanın mövqeyini dəstəkləyib. Hətta Pakistan Ermənistanı rəsmi olaraq tanımır. Qarabağ müharibəsi zamanı və 44 günlük Vətən müharibəsində Pakistan Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Pakistan dünyada nüvə silahına sahib olan azsaylı müsəlman ölkələrdən biridir və onun hərbi sənaye sahəsindəki təcrübəsi Azərbaycanın maraq dairəsindədir. Hər iki ölkənin orduları arasında təlimlər və texniki əməkdaşlıq həyata keçirilir. Azərbaycan Pakistanın istehsalı olan hərbi texnika və silahlarla maraqlanır, o cümlədən JF-17 qırıcı təyyarələri və digər müasir silah sistemləri üzrə danışıqlar aparılır.
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a söyləyib ki, Pakistan Azərbaycanın ən yaxın dostlarından biridir və strateji müttəfiq hesab olunacaq dövlətdir:

“Azərbaycanla Pakistan arasında uzun illərdir strateji tərəfdaşlıq münasibətləri mövcuddur və inkişaf etməkdədir. Pakistan Qarabağ probleminin yarandığı gündən bəri Azərbaycanın mövqeyini dəstəkləyir və Ermənistanla əlaqələr qurmağa qətiyyən həvəs göstərmir. Bütün beynəlxalq platformalarda birmənalı şəkildə Azərbaycanın yanında olduğunu göstərir. Bu baxımdan Azərbaycan üçün Pakistan Türkiyə qədər önəmli dövlərdir. Pakistanın Azərbaycana verdiyi mənəvi dəstək əvəzolunmazdır. Yaxın gələcək də iki ölkə arasında hərbi, siyasi və strateji istiqamətlərdə tərəfdaşlıq davam edəcək. Xüsusilə də yeni dünya düzəninin qurulduğu bir dövrdə Pakistanın Azərbaycanın yanında yer alması ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq da mövcuddur. Bəzi məlumatlara görə hər iki ölkə biri-birinə hərbi sahədə də dəstək vermək niyyətlərini büruzə verirlər. Hərbi təlimlərin keçirilməsi və hərbi texnika ticarətiylə bağlı iki ölkə arasında yaxın münasibətlərin olduğu heç kəsə sirr deyil. Pakistanla olan strateji tərəfdaşlığa dəyər vermək Azərbaycan üçün önəmlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya