Azərbaycan və Fransa XİN başçıları arasında telefon danışığı olub
11:59 02.10.2020
Siyasət
622
Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, Nazir Jan İv Lö Drian bölgədə yaşanan gərginlikdən ciddi narahatlıq ifadə edib.
O, gərginliyin aradan qaldırılması və atəşkəsə riayət olunmasının vacibliyini vurğulayıb. Bu xüsusda, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin açıqlamasına istinad edilib.
Nazir Ceyhun Bayramov bu ilin 27 sentyabr tarixində Ermənistan tərəfinin əl atdığı yeni hərbi təcavüzə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində əks həmlələri həyata keçirdiyini bildirib.
Nazir Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki şəxslərin və mülki infrastrukturun məqsədli şəkildə hədəfə alınmasına və mülki insanlar arasında itkilərin olması faktına diqqəti cəlb edib.
Bunun Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması halının olduğunu vurğulayan nazir, dinc əhalinin atəşə tutulmasının Ermənistan rəhbərliyinin terrorçu mahiyyətini göstərdiyini qeyd edib.
Nazir bölgədə gərginliyin hələ də davam etdiyini bildirərək, yaranmış vəziyyətin tam məsuliyyətinin Ermənistan siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat