Azərbaycan və Litva XİN başçıları arasında telefon danışığı olub
Yusif Nəzərli
11:39 31.12.2024
Siyasət
352
Bu gün Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, Kestutis Budris “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Kestutis Budris ilk telefon zənginin belə kədərli gün ilə bağlı aparılmasından təəssüfləndiyini, Litva tərəfinin yaralıların reabilitasiyası və faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün dəstəyin göstərilməsinə daim hazır olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.
Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar, əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual