Azərbaycan və Serbiyanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
19:42 04.06.2020
Siyasət
537
İyunun 4-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Serbiya Baş Nazirinin birinci müavini və Xarici İşlər naziri İvitsa Daçiç ilə telefon söhbəti olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, mövcud qlobal sağlamlıq böhranı ətrafında fikir mübadiləsi aparan nazirlər yeni koronovirusla mübarizədə dövlətlərin həmrəyliyinin və qarşılıqlı dəstəyin vacibliyini vurğulayıblar.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyi üzrə məlumat mübadiləsi edərək, Azərbaycan və Serbiya arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər. Hər iki ölkənin dövlətlərin suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı qəti mövqeyi nazirlər tərəfindən bir daha səsləndirilib. Bu xüsusda, ikitərəfli sənədlərdə əks olunduğu kimi, hər iki ölkənin prinsipial mövqeyi vurğulanıb.
Tərəflər, həmçinin ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə etdilər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasını qeyd ediblər.
Nazirlər təmasların saxlanılmasına razılaşıblar və pandemiya bitdikdən sonra ölkələrə səfərlərin həyata keçirilməsi ilə bağlı qarşılıqlı dəvət mübadiləsini həyata keçiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya
İran: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq
17:13 01.08.2026
Region
AB səfiri Azərbaycan dilini öynənir - Video
16:59 01.08.2026
Gündəm