
Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır -ŞƏRH
Yusif Nəzərli
01:11 14.02.2025
Siyasət
546
Türk dünyası bizim ailəmizdir
Prezident İlham Əliyev fevralın 13-də Türkiyə Cümhuriyyətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edib. Dövlət başçısı qeyd etdi ki, bu gün dünya miqyasında ən yaxın müttəfiqlər arasında belə Azərbaycan-Türkiyə əlaqələrinin bənzəri və nümunəsi yoxdur. İkitərəfli əsasda strateji müttəfiqlik səviyyəsində olan əlaqələrimizin üçtərəfli platformalarda da inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu xüsusda, Azərbaycan-Özbəkistan-Türkiyə və Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini qeyd edib. Türk dünyasının bizim ailəmiz olduğunu vurğulayan dövlət başçısı bunu Milli Məclisdə Azərbaycan Prezidenti kimi andiçmə mərasimində bir daha dediyini xatırladıb. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığa toxunulub. Bu xüsusda ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvlüyü və üzvlüyümüzün qardaş Türkiyə tərəfindən dəstəklənməsi bir daha vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Türkiyə daim çiyin-çiyinə bir-birinin yanındadır. Suriya məsələsində də Azərbaycan Türkiyənin yanında olduğunu ilk günlərdən bəyan edib. Bəyan edilib ki, Suriyada sabitliyin, təhlükəsizliyin təmin olunmasına və humanitar problemlərin həllinə Azərbaycan da Türkiyə ilə əlaqələndirilmiş şəkildə öz töhfəsini verməyə hazırdır. Bu gün Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun Cənubi Qafqaz regionunda, eyni zamanda, onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanəti olduğu bir daha qeyd edilib. Səfir Azərbaycan-Türkiyə münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” prinsipləri əsasında inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin daha da genişləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini deyib. Azərbaycanın möhtəşəm Qarabağ Qələbəsini xüsusilə qeyd edən Birol Akgün həmin dövrdə də bütün Türkiyə xalqının nəbzinin Azərbaycan xalqı ilə birlikdə döyündüyünü xatırladıb. Bu Zəfər münasibətilə dövlət başçısına və xalqımıza bir daha təbriklərini çatdırıb.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, Türkiyə-Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir. Ekspertin sözlərinə görə, Prezidentin yeni səfirin etimadnaməsini qəbul edərkən söylədiyi fikirlər ölkələrimiz arasında münasibətlərin hansı dərəcədə inkişaf etməsindən xəbər verir:

"Son dövrlər dünyada yeni siyasi proseslər gedir. Ona görə də hər kəs öz sapını bəlli edir. Burada hər kəsin özünəməxsus yanaşmaları, siyasi baxışları mövcuddur. Hər bir dövlət bundan yararlanır. Xüsusən, 2020-ci ildən sonra Azərbaycan-Türkiyə münasibətlərinin daha çox inkişafı göz önündədir. Şuşa Bəyannaməsinin imzalanması da bunun isbatıdır. Azərbaycan türk dövlətləri, o cümlədən Pakistanla da əlaqələrini dərinləşdirib. Ələlxüsus, qardaş Türkiyə və dost Pakistanın İkinci Qarabağ savaşında Azərbaycana dəstəyi heç zaman unudulmayacaq. Cənab Prezidentin bu məsələlərə toxunması da ondan xəbər verir ki, xalqımız bu dəstəyi unutmur".
Analitik qeyd edib ki, Suriyada qurulan yeni hökumətə Türkiyə ilə yanaşı, Azərbaycan da dəstək verir:
"Suriyanın ümumiyyətlə yenidən qurulmasında Türkiyə ilə bərabər Azərbaycanın da fəal iştirakı göstərir ki, ölkəmiz Cənubi Qafqazla yanaşı, Yaxın Şərqdə də önəmli güc mərkəzlərindən birinə çevriləcək. Türk dövlətlərini də əlavə etsək, söhbət böyük və təsirli bir gücdən gedir. Hind okeanına çıxışı olan Pakistanla əlaqələrin dərinləşməsi də xüsusi önəm kəsb edir. Azərbaycan-Özbəkistan-Pakistan-Türkiyə əlaqələri böyük əhəmiyyət daşıyır. Prezidentin səfiri qəbul edərkən söylədiyi fikirlər Azərbaycan dövlətinin konseptual olaraq ortaya qoyduğu xarici siyasətin bariz nümunəsidir".
Oxşar xəbərlər
Əbu-Dabi danışıqları nəticəsiz qaldı: “Əsir mübadiləsi sülh demək deyil” - Elxan Şahinoğlu
18:05 12.11.2026
Leyla Əliyeva "Qlobal Sıfır Tullantı Alyansı" çərçivəsində keçirilən yüksək səviyyəli toplantıda iştirak edib
20:57 11.11.2026
Siyavuş Novruzov: Poliklinikalarda, xəstəxanalarda işləyən ən savadlı həkimlər ixtisara düşür
13:16 11.11.2026
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə