Azərbaycan və Türkiyə ortaq hədəflərə doğru qətiyyətlə addımlayır -ANALİZ
09:18 06.03.2025
Siyasət
509
Dünən, 5 mart 2025-ci il tarixində, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mühüm görüş keçirilib. Bu görüş iki qardaş ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olub.
Görüş zamanı liderlər siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin regional və beynəlxalq məsələlərdə birgə mövqelərin müəyyənləşdirilməsi mövzularını müzakirə ediblər. Xüsusilə, enerji layihələrinin icrası və nəqliyyat infrastrukturunun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Prezidentlər, həmçinin, mədəniyyət və təhsil sahələrində əlaqələrin gücləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi və xalqlar arasında dostluq münasibətlərinin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Bu görüş, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.
Politoloq Aytən Qurbanova “Sherg.az”a söyləyib ki, Azərbaycan-Türkiyə münasibətləri tarixin sınaqlarından keçmiş güclü dostluq və strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə qədər yüksəlməklə geniş yol xəritəsini özündə ehtiva edən unikal bir model yaradıb:
“İstisnasız olaraq qeyd etmək lazımdır ki, ikitərəfli münasibətlərin inkişaf mərhələlərində ikinci Qarabağ müharibəsi önəmli dönüm nöqtəsi hesab oluna bilər. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində atdığı bütün addımları ilk gündən dəstəkləyən və hər addımızda yanımızda olan Türkiyə belə həssas və çətin mərhələdə əsl dost və qardaş dövlət nümunəsini bütün dünyaya bariz şəkildə sübut etmiş oldu. Eləcə də, “əsrin fəlakəti” olaraq qəbul edilən zəlzələ zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi münasibət məhz elə eyni xarakterdən olan münasibətlərin, yəni dostluğun və qardaşlığın təcəsssümüdür.
İki dövlət arasında imzalanmış Şuşa bəyannaməsi ilə münasibətlər artıq fərqli bir mərhələyə keçdi. Bütün strateji istiqamətlərdə qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarını tamamlayan bu Bəyannamə ilə müttəfiqlik əlaqələrimiz rəsmiləşdirildi. Hərbi sahədə əməkdaşlığı və təhlükəsizlik məsələsinə dair bəndlər bütün xarici təhdidlərə qarşı qaşılıqlı zəmanət olaraq ifadə edildiyi üçün bilinən və bilinməyən düşmənlərimizə qarşı çəkindirici amilə çevrilmiş oldu. Bəyannamənin imzalanmasından ötən dörd il ərzində Azərbaycan və Türkiyə münasibətləri ortaq hədəflər istiqamətində qətiyyətli addımlarla müşayiət olunmuş, eləcə də önəmli bir çox layihələr həyata keçirilmişdir”.
Ekspert qeyd edib ki, tarixi təcrübədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələrin uğurlu şəkildə icra olunması gələcək layihələrin uğurluluq zəmanəti olaraq nəzərdən keçirilə bilər:
“Xüsusilə də, Qarabağın dirçəlişində bizimlə birlikdə qardaş Türkiyənin bir çox şirkətləri çox böyük işlər görürlər. Cənab Prezident 5 mart tarixində Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə birlikdə İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində iştirakı zamanı ikitərəfli münasibətlərdəki qarşılıqlı etimadın və görülən işlərin önəmini vurğulayaraq bildirmişdir ki, “Bugün Türkiyə və Azərbaycan, iki qardaş ölkə nəhəng layihələr reallaşdırır.”
Artıq Azərbaycan və Türkiyə müttəfiqliyi ümumi Türk dünyasının səsi olaraq qlobal sistemdə önəmli təsir gücünə malikdir. Məhz ona görə də, dövlət başçımız Türkiyə və Azərbaycan arasındakı birlik və qardaşlığın bütün Türk dünyasına töhfə olduğunu bildirmişdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kann kinofestivalının qalibləri onlardır
08:20 25.05.2026
Mədəniyyət
Sarımsaq sevərlərə pis xəbər
07:51 25.05.2026
Maraqlı
Çia toxumunun faydaları
07:17 25.05.2026
Sağlamlıq
Apple 10 ildən sonra ilk dəfə telefon qiymətlərini qaldırır
06:44 25.05.2026
Texnologiya
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual