Azərbaycanın 110 kvadrat kilometrlik ərazisindəyik - Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan erməni ordusunun 110 kvadrat kilometrlik Azərbaycan ərazisinə nəzarət etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, “Sputnik Ermənistan” bununla bağlı spikerə sorğu göndərib.

Sorğuya parlamentin sədri tərəfindən belə cavab verilib: “Dəqiqləşdirmək üçün Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları ilə əlaqə saxlaya bilərsiniz”.

Simonyan “ArmComedy” podkastında Ermənistanın bəzi istiqamətlərdə ümumilikdə 110 kvadrat kilometr Azərbaycan ərazisinə nəzarət etdiyini deyib:

“Onların 110 kvadrat kilometrlik ərazisindəyik. Təxminən. Heç kim millimetrlərə qədər konkret rəqəm deyə bilməz. Təxmini deyirəm. Rəsmi olaraq söyləyirəm ki, 1990-cı illərdən bəri irəlidə olduğumuz yerlər var”.

Xatırladaq ki, Ermənistanın Azərbaycana qaytarmalı olduğu anklav kəndlər var. Söhbət Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlıdan gedir.