
Azərbaycanın artan gücü: Parlament diplomatiyası xüsusi dinamika ilə inkişaf edir
13:35 18.06.2025
Siyasət
391
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci Baş Assambleyasının plenar iclası baş tutub. Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan hər zaman dialoqa, sülhə və dinc birgəyaşayışa önəm verib. O qeyd edib ki, Bakı artıq ideyaların formalaşdığı və həll yollarının birgə axtarıldığı beynəlxalq məkana çevrilməkdədir. Sahibə Qafarova Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf edən, hörmət edilən ölkəyə çevrildiyini vurğulayıb: “Azərbaycan İkinci Dünya müharibəsindən sonra işğal altında olan ərazilərini bərpa etmiş yeganə ölkədir. Biz qürurla sülhü və əməkdaşlığı dəstəkləyirik”. Spiker QDİƏT PA-nın bölgədə artan roluna diqqət çəkərək bildirib ki, Assambleya bir dönüş nöqtəsinə çevrilə bilər. O, dialoqun siyasətə çevrilməsinin, şəffaf və effektiv mexanizmlərin qurulmasının, gələcək çağırışlara cavab verəcək əməkdaşlıq formatlarının yaradılmasının zəruriliyini qeyd edib. Çıxışda rəqəmsallaşma, yaşıl iqtisadiyyat, mədəniyyətin birləşdirici rolu və süni intellekt sahəsində birgə təşəbbüslər də əsas mövzulardan olub. Spiker vurğulayıb ki, Assambleya regionda demokratiyanın dayağına çevrilməli, parlament institutları isə vətəndaşların maraqlarını müdafiə etdiyini sübut etməlidir. Sonda Sahibə Qafarova Azərbaycanın irəli sürdüyü enerji layihələrinin – xüsusilə Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin – regionun və onun hüdudlarından kənardakı ölkələrin enerji təhlükəsizliyində mühüm rol oynayacağını qeyd edib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Sherg.az-a bildirib ki, Azərbaycan hər zaman sülhün, birgə əməkdaşlığın və dialoqun tərəfdarı olub:

“Bu, ölkəmizin həm daxili, həm də xarici siyasətində əsas prinsiplərdən biri kimi çıxış edir və Azərbaycan daim beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət və anlaşma ruhunun qorunmasına çalışıb. Eyni zamanda, Azərbaycan bu istiqamətdə həyata keçirilən qlobal və regional səyləri ardıcıl olaraq dəstəkləyib. Münaqişələrin sülh yolu ilə həlli, çoxtərəfli əməkdaşlığın təşviqi və beynəlxalq təşkilatlarla konstruktiv münasibətlərin qurulması Azərbaycan diplomatiyasının əsas hədəflərindəndir. Azərbaycan sözügedən proseslərə yalnız izləyici kimi yox, həm də fəal iştirakçı və təşəbbüskar olaraq öz töhfəsini verib. Bu töhfələr artıq konkret müsbət nəticələrini göstərməkdədir. Tədbirin məhz Bakıda keçirilməsi isə təsadüfi deyil. Bu, ölkəmizin artan beynəlxalq nüfuzunun, strateji əhəmiyyətinin, siyasi sabitliyinin və eyni zamanda, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan etimadın bariz göstəricisidir. Bu cür tədbirlər Azərbaycanın diplomatik aktivliyinin və qlobal dialoqda mühüm tərəfdaş kimi qəbul edilməsinin sübutudur. Son illər Azərbaycanda parlament diplomatiyası xüsusi dinamika ilə inkişaf edir və bu sahədə əldə olunan uğurlar artıq beynəlxalq miqyasda da tanınır. Məhz bu səbəbdəndir ki, sözügedən tədbir də bu uğurun bir növ təzahürü kimi qiymətləndirilə bilər. Hazırda bir neçə ölkənin parlament sədri Azərbaycandadır. Bu fakt bir daha sübut edir ki, həmin dövlətlər ölkəmizə ciddi önəm verir, onunla sıx əməkdaşlıqda maraqlıdır və Azərbaycanın beynəlxalq proseslərdəki mövqeyinə güvənirlər. Bütün bunlar Azərbaycanın artan gücünün, möhkəmlənən mövqeyinin, həmçinin ona olan diqqət, inam və çoxşaxəli dəstəyin bariz nümunəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Avropadakı hərbi bazalara hücumla bağlı xəbərdarlıq edib
06:26 25.09.2026
Region
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual