Azərbaycanın BMT-yə töhfələri çox olacaq
Turan
09:34 23.10.2020
Siyasət
570
Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsinə dair qətnamələri 27 ildir kağız üzərində qalıb. Ötən müddət ərzində nümayişkaranə surətdə bu qətnamələrə məhəl qoymayan işğalçı Ermənistana beynəlxalq ictimaiyyət tərəfindən heç bir təzyiq göstərilməyib. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və torpaqlarımızı ilhaq etmək xəttini tutdu.
Bu münasibətdən ruhlanan Ermənistanın bugünkü Paşinyan rejimi o qədər həyasızlaşdı ki, “Qarabağ Ermənistandır” deməyə başladı. Hətta yeni ərazilərin işğal edilməsi üçün müharibəyə hazırlaşdı. Təhlükəsizlik Şurasının qətnamələri BMT-nin və həmsədr ölkələrin yadından çıxmışdı. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum - 822, 853, 874 və 884 saylı qətnamələrə uyğun olaraq işğalçı qoşunların Azərbaycanın zəbt edilmiş ərazilərindən çıxarılması tələb edilir.
Lakin təəssüflər olsun ki, özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan bu tələbləri qulaqardına vurur. Faktiki olaraq 27 ildən sonra Azərbaycan
Ordusu Ermənistanın hərbi təcavüzünə cavab olaraq torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin edir. Bununla da Azərbaycan Ordusu beynəlxalq hüququ və ədaləti öz silahı gücünə, zəfər döyüşləri ilə təmin etməli olur.
Bir az da konkretləşdirmiş olsaq, Azərbaycan Ordusunun gücü və qətiyyəti sayəsində 1993-cü ildən bu günə qədər kağız üzərində qalan BMT TŞ tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icrası təmin olunur.
Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli vurğulayıb ki, Azərbaycan Ordusu Zəngilan şəhərini və rayon ərazisindəki kəndləri işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinin tələblərinin icra olunmasını təmin etmiş oldu:
“1993-cü il noyabrın 12-də qəbul edilmiş qətnamədə Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı pislənilir, işğalçı Ermənistan qoşunlarının həmin ərazilərdən çıxarılması tələb edilirdi.
Ermənistan isə TŞ-nin qətnamələrini ayaq altına ataraq öz qoşunlarını nəinki Azərbaycan ərazilərindən çıxartmırdı, əksinə, işğalı möhkəmləndirirdi.
27 il müddətində kağız üzərində qalan bu qətnamənin tələbləri Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun müzəffər əməliyyatları ilə təmin edildi. İndiki davamiyyətlə Azərbaycanın BMT-yə töhfələri çox olacaq.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 saylı qətnamələri də icra olunacaq. Həmin qətnamələr Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş digər ərazilərindən çıxarılması tələb edilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Çin və Körfəz banklarını sanksiyalarla hədələyib
03:16 15.04.2026
Dünya
Ayıq yatan insanlarda bu 3 xəstəlik inkişaf edir
02:44 15.04.2026
Sağlamlıq
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial