Azərbaycanla Böyük Britaniyanın əməkdaşlıq mühiti gələcəkdə daha da güclənəcək -RƏY
13:59 25.08.2025
Siyasət
499
Torpaqlarımız işğal altında olanda rəsmi London Bakıya qarşı kifayət qədər ədalətli siyasət aparırdı
Azərbaycan ilə Böyük Britaniya arasında formalaşan münasibətlər uzun illərə söykənən əməkdaşlığa əsaslanır. Bu əlaqələr təkcə siyasi və diplomatik sahələrlə məhdudlaşmır, eyni zamanda enerji və iqtisadi tərəfdaşlıq baxımından da xüsusi əhəmiyyət daşıyır. Son illər ərzində iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan əlaqələr daha da güclənərək müxtəlif sahələr üzrə strateji tərəfdaşlığa çevrilib. Azərbaycanın regionda artan rolu və geosiyasi əhəmiyyəti isə bu münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdəndir. Bu kontekstdə, 2025-ci il avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət naziri Stiven Doutini qəbul etməsi iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdiyini göstərən önəmli addımlardan biridir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a Azərbaycan-Britaniya münasibətlərindən danışıb:
"Azərbaycanla Böyük Britaniyanın münasibətləri uzun tarixi dövrə dayanır. İki ölkə arasındakı münasibətlərin uzun inkişaf yolu var. Münasibətlərdə əsas halqanı enerji siyasəti həyata keçirir. Məlum olduğu kimi Britaniyanın məşhur enerji nəhəngi olan BP-nin Azərbaycanda çox böyük layihələri var. Azərbaycanda neft-qaz infrastrukturunun işlənməsindən Britaniya şirkətləri fəal şəkildə iştirak edirlər. Londonla Bakı arasındakı əməkdaşlıq təkcə enerji müstəvisində davam etmir, eyni zamanda diplomatik sahədə də iki ölkə arasında münasibətlərdə yüksək səviyyədə irəlləyiş müşahidə edilir. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Xüsusilə də Cənubi Qafqazın açar ölkəsidir. Bu da geniş beynəlxalq siyasət aparan Böyük Britaniyanın Azərbaycanla daha yaxından maraqlanmasına və müttəfiqlik münasibətlərini davam etdirməsinə səbəb olur".
Politoloq Qərbin digər böyük dövlətlərindən fərqli olaraq torpaqlarımız işğal altında olanda rəsmi Londonun Bakıya qarşı kifayət qədər ədalətli siyasət apardığını xatırladıb:
"Fransaya, ABŞ-yə nisbətən İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib və müttəfiqlik münasibətlərinə xüsusi önəm verib. Biz postmüharibə dövründən sonra da bu məsələnin şahidi olduq. Buna görə də Britaniya regionda hər zaman qazanclı ölkə olub. Çünki öz siyasətini düzgün şəkildə müəyyənləşdirə bilib. Bu proses postmüharibə dövründən sonra da davam edib. Birləşmiş Krallığın Avropa, Şimali Amerika və xaricdəki ərazilər üzrə dövlət nümayəndəsi Stiven Doutitvin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər iki tərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Böyük Britaniya iqtisadi, siyasi, enerji və diplomatik sahədəki əməkdaşlıq mühiti gələcəkdə daha da güclənəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol