Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Yusif Nəzərli
16:58 08.05.2025
Siyasət
373
8 may 2025-ci il tarixində Tallin şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Estoniya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Sherg.az-a verilən məlumata görə məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Estoniya nümayəndə heyətinə isə Estoniya Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin baş direktoru Tiina Nirk rəhbərlik edib.
Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Bundan əlavə, hər iki ölkənin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi ilə əlaqədar effektiv konsulluq yardımının göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub, Azərbaycan Respublikasının və Estoniya Respublikasının viza siyasətinə dair fikir mübadiləsi aparılıb.
Müasir dövrün çağırışlarına uyğun olaraq konsulluq xidmətlərinin göstərilməsində əlçatanlığının və çevikliyin təmin edilməsi məqsədilə bu istiqamətdə rəqəmsallaşmanın və elektron xidmətlərin tətbiqinin əhəmiyyəti vurğulanıb. Bu sahədə iki ölkə arasında təcrübə mübadiləsi həyata keçirilib.
Azərbaycan Respublikası ilə Estoniya Respublikası daxili işlər orqanları arasında əlaqələrin qurulması, miqrasiya, elm və təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə bir sıra təkliflər nəzərdən keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol