Azərbaycanla İran arasındakı qardaşlıq və dostluq bağları əbədidir - İranlı diplomat
Yusif Nəzərli
16:18 10.02.2025
Siyasət
326
İran İslam Respublikası balanslı və dinamik diplomatiyaya, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə önəm verib.
Teleqraf xəbər verir ki, bunu İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan ölkəsinin Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda deyib.
O bildirib ki, İran qonşuları ilə xüsususən, dost və qardaş ölkə Azərbaycanla güclü və mehriban münasibətə diqqət yetirib.
"Hamımız bilirik ki, Azərbaycanla İran arasındakı qardaşlıq və dostluq bağları bir çox tarixi, mədəni-dini və ənənəvi ortaq cəhətlərə, adət-ənənələrə görə əbədi bir bağdır və həmişəlikdir", - Seyid Cəfər Ağayi Məryan vurğulayıb.
Müvəqqəti işlər vəkili əlavə olaraq qeyd edib ki, iki ölkə arasındakı birgə layihələr, o cümlədən Şimal-Cənub dəhlizi, Araz dəhlizi, yeni Astara sərhəd keçid məntəqəsi və terminalı Ağbənd-Kəlalə körpüsünün tikintisi və s. kimi infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr, İranla Azərbaycan arasındakı iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük potensialın mövcudluğundan xəbər verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz