Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib
Yusif Nəzərli
16:54 14.02.2025
Siyasət
349
Azərbaycan Xarici İşlər Nazirliyi ilə Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin 1-ci raundu keçirilib.
Bu barədə Sherg.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Küveyt tərəfindən isə xarici işlər nazirinin müavini Şeyx Carrah Cabir əl-Əhməd əl-Sabah rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar və digər sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, çoxtərəfli formatda, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP) çərçivəsində qarşılıqlı əlaqələndirmə və əməkdaşlıq yüksək qiymətləndirilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.
Səfər zamanı Yalçın Rəfiyev Küveyt Dövlətinin ticarət və sənaye naziri Xəlifə əl-Əcil və Küveyt Birbaşa İnvestisiya Təşviqi Qurumunun Baş Direktoru Şeyx Dr. Məşəl Cabir əl-Əhməd əl-Sabah ilə görüşüb. Görüşdə cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulan Azərbaycan və Küveyt arasında Hökumətlərarası Birgə Komissiyanın növbəti iclasına hazırlıq, eləcə də qarşılıqlı ticarət missiyalarının və biznes forumların təşkil edilməsi məsələləri müzakirə edilib.
Həmçinin nazir müavini Küveytə səfəri çərçivəsində Körfəz və Ərəbistan Yarımadası Araşdırmaları Mərkəzini (Center for the Gulf and Arabian Peninsula Studies) ziyarət edib və Mərkəzin idarə heyətinin üzvü səfir Əbdüləziz Əbdüllətif əl-Şarix ilə birlikdə Mərkəzin rəhbər və tədqiqatçı heyətinə Azərbaycanın xarici siyasəti və regional mövzulara dair geniş təqdimat edib. Nazir müavini Azərbaycan-Küveyt əməkdaşlığının gələcək inkişaf perspektivlərindən bəhs edərək, ölkəmizin xarici siyasət prioritetləri, regional və qlobal məsələlərə dair baxışları, eləcə də Ermənistan-Azərbaycan post-münaqişə dövrü normallaşma prosesi və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə dinləyiciləri məlumatlandırıb.
Nazir müavini, eyni zamanda Küveyt Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb və onların təhsil şəraiti ilə maraqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət
"Inter" 21-ci çempionluğunu elan etdi
09:57 04.05.2026
Futbol
30 ilə hamımız Çin dilində danışacağıq - Nazir
09:54 04.05.2026
Gündəm
ABŞ "Azadlıq Layihəsi" əməliyyatına 15000 hərbçi göndərəcək
09:31 04.05.2026
Gündəm
Kruiz gəmisində hantavirus yayıldı: Ölənlər var
09:19 04.05.2026
Dünya