“Bakı bir daha dünyanın diqqətini özünə çəkdi” - Deputat
Turan
11:13 05.05.2020
Siyasət
1007
“Pandemiya ilə mübarizədə digər ölkələrə göstərdiyi yardımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi”
“Qoşulmama Hərəkatına dünya ölkələrinin üçdə ikisi, yəni 120 ölkə daxildir və BMT-dən sonra ən böyük ikinci beynəlxalq təşkilat hesab olunur”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyevdeyib.
Deputat bildirib ki, ölkəmiz 2011-ci ildən təşkilata tam hüquqlu üzv olmaqla, ötən ilin oktyabr ayından təşkilata sədrlik edir:
“İlk dəfə təşkilat üzvləri arasında videokonfrans keçirilir və bir çox dövlət və hökumət başçıları ilə yanaşı, BMT-nin baş katibinin, AB-nin Ali nümayəndəsi, Afrika ittifaqı komissiyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru iştirak və çıxış edirlər. Koronovirusla mübarizə sahəsində üzv ölkələrdə aparılan işlər barədə dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri məruzə ilə çıxış edərək, belə bir həssas məqamda videokonfrans təşkil etdiyinə, göstərdiyi maddi yardıma görə Prezident İlham Əliyevə xüsusi təşəkkürlərini bildirdilər.
Diqqət çəkən məqamlardan biri, Azərbaycanın sədri olduğu qısa zamandan sonra təşkilatın işinin canlandırmasıdır. Bakı bir daha dünyanın diqqətini özünə çəkdi və pandemiya ilə mübarizədə digər ölkələrə göstərdiyi yardımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi”.
Deputat vurğulayıb ki, bu yaxınlarda belə bir videokonfrans Türkdilli dövlətlərin əməkdaşlıq təşkilatı ilə də keçirilib:
“Sirr deyil ki, ölkəmizin moderatorluğu ilə keçirilən hər bir yüksək səviyyəli görüş, Azərbaycana siyasi dividentlər gətirir və beynəlxalq nüfuzunu artırır. Düşünürəm ki, hər iki beynəlxalq təşkilata sədrlik etdiyi dövrdə ölkəmiz, üzv ölkələr arasında münasibətlərin inkişafı, mövcud problemlərin həlli üçün əhəmiyyətli işlər görəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət