Bakı və Tiflis razı olmayacaq
05:42 12.02.2021
Siyasət
1064
Abxaziyadan Ermənistana dəmir yolunun çəkilməsi ideyası baş tutmayacaq
Qondarma Abxaziya “parlamenti” Rusiya Dumasına müraciət edərək, bərabərhüquqluluq şərti ilə “respublika” ərazisindən keçib Ermənistana gedən dəmir yolunun açılması layihəsində iştirak etməyə hazır olduğunu bildirib. Bu məlumatı qondarma Abxaziya parlamentinin “beynəlxalq əlaqələr komitəsinin sədri” Astamur Loqua yayıb. “Təşəbbüs bizim komitəyə məxsusdur. Biz regionda və Dağlıq Qarabağda baş verən konfliktin həll edilməsini izləyirik. Biz nəqliyyat kommunikasiyalarının açılmasıyla bağlı baş verənləri alqışlayırıq”, – deyə o bildirib.
Qeyd edək ki, Abxaziya Gürcüstan ərazisidir. Qondarma respublikadan keçən dəmir yolu xətti bundan öncə dəfələrlə dilə gətirilib, amma Tiflis hər zaman buna ərazi bütövlüyü təmin olunmadığı üçün etiraz edib.
Mövzuya münasibət bildirən politoloq Əhəd Məmmədli "Şərq"ə açıqlamasında vurğulayıb ki, bu məsələ bir neçə il bundan öncə də Gürcüstanda gündəmdə idi. Politoloqun sözlərinə görə, o zamanlar Abxaziyadan Ermənistana gedən dəmiryolunun açılmasına gürcü iqtidarı müsbət yanaşırdı:
"Düzdür, Gürcüstanın müxalifəti bunun əleyhinə çıxırdı. Amma indi yeni şərtlər yaranıb. Bu yeni şərtlərə əsasən, artıq Abxaziya qondarma respublikanın bu cür təklifi var".
Ekspertin fikrincə, Gürcüstan bu məsələyə razılıq versə də, Azərbaycan tərəfi razı olmayacaq:
"Çünki bu, bir qondarma tərəfə yeni bir nəfəs, legitimlik verə bilər. Hesab edirəm ki, Tiflis də müsbət yanaşmayacaq. Ümumiyyətlə, bu, Tiflisin heç maraqlarına uyğun da deyil. Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsi üçün yeni layihələrin Gürcüstandan yox, məhz Ermənistandan keçməsi Tiflisin maraqlarına cavab verir. Düzdür, bir çox layihələr Gürcüstan ərazisindədir və demək olar ki, artıq hansı layihələrin orada olacağı məsələsi bitib. Bu məsələdə də Ermənistan uduzub. Ona görə də hesab edirəm ki, dəmir yolunun açılması layihəsinə Azərbaycan və Tiflis razı olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm