Baydenin regional siyasətində yeni çalar: “Qarabağ məsələsində...”
13:15 26.01.2021
Siyasət
664
“...Tənzimləmə proseslərində iştirak etmək niyyətindədir”
“Lakin hələ təklif və yaxud proqram təqdim edilməyib”
“Qarşıdakı aylarda Co Bayden tərəfindən bu istiqamətdə daha konkret addımların atılmasını gözləyə bilərik"
ABŞ-ın 46-cı prezidenti Cozef R. Bayden yeni hökumət formalaşdırır. O, andiçmə mərasimində çıxışı zamanı bəzi ölkələrə ismarıclar göndərib. Bildirib ki, Rusiya ABŞ üçün təhdiddir. Çin insan hüquqlarını pozur və Türkiyənin isə Rusiyadan S-400 raket alması yolverilməzdir. Qeyd etmək lazımdır ki, ABŞ beynəlxalq arenada mühüm oyunçulardan biridir.
Amerika prezidenti C.Baydenin isə regionla bağlı maraqları fərqlidir. Bəzi ekspertlər hesab edir ki, geniş sanksiyaların tətbiq edilməsi Bayden dönəminin əsas istiqamətləri olacaq. Yeni hökumətin dövründə Qafqazla bağlı siyasətinin necə dəyişəcəyinə dair də müxtəlif proqnozlar verilir.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında qeyd edib ki, Co Baydenin dönəmi yəqin ki, B.Obamanın siyasətini xatırladacaq:
“Çünki Baydenin komandasında Obamanın dönəmində fəaliyyət göstərən insamlar təmsil olunur. Obama hakimiyyəti illərində formalaşmış kurs, yeni reallıqlar nəzərə alınmaqla davam etdiriləcək. ABŞ çalışacaq ki, fəaliyyətlərini aktiv şəkildə qorusun və əsas tərəfdaşları ilə işləsin.
Cənubi Qafqazda iqtisadi, enerji məsələlərinin həllində əsas tərəfdaş Azərbaycan, hərbi-siyasi tərəfdaş isə Gürcüstan sayılır. ABŞ-da indiki Ermənistan hakimiyyətinə yaxın olan dairələr var. Bayden Administrasiyası Ermənistana təsirləri artımağa çalışacaq".
İ.Vəlizadə qeyd edib ki, bu fəallaşma regional siyasətdə yeni çalarlar gətirəcək:
" Rusiya və ABŞ arasındakı gərgin münasibət regionda ziddiyyətlərin artmasına gətirib çıxaracaq. Qarabağ məsələsində isə ABŞ tənzimləmə proseslərində iştirak etmək niyyətindədir.
Lakin hələ təklif və yaxud proqram təqdim edilməyib. Qarşıdakı aylarda Co Bayden tərəfindən bu istiqamətdə daha konkret addımların atılmasını gözləyə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə