Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb
Yusif Nəzərli
17:26 21.06.2025
Siyasət
464
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb.
XİN-dən Sherg.az-a verilən məlumata görə görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafı imkanları müzakirə olunub.
Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşma prosesində mövcud çətinliklər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər və onların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya