Bayramovun Gürcüstan səfəri: “Mövqeyimizi müdafiə etməsi istiqamətində... – Əsas həlqə !
Fidan Həmişəyeva
07:24 23.09.2020
Siyasət
788
“Xarici siyasətimizdə Gürcüstan əhəmiyyətli yer tutan ölkələrdən biri olmalıdır”
“Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Gürcüstanın 3-cü tərəf kimi bu müharibəyə münasibəti böyük əhəmiyyət kəsb edir”
“Beynəlxalq tədbirlərdə Gürcüstanın mövqeyimizi müdafiə etməsi istiqamətində xarici siyasətimiz davam edir”
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana səfər edəcək. Səfər sentyabrın 24-də baş tutacaq.
Səfər çərçivəsində C.Bayramov Gürcüstanın dövlət və hökumət rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.
Səfərdə müzakirə ediləcək məsələlərlə əlaqədar “Sherg.az”a açıqlama verən ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov bildirib ki, Ceyhun Bayramovun səfərləri Azərbaycanın xarici siyasətini və prioritetlərini müəyyən edən əsas halqaları göstərir:
"Nazir ilk olaraq Türkiyəyə, sonra Moskvaya, indi isə Gürcüstana səfər edir. Bu ölkələrin üçü də bizim üçün əhəmiyyətlidir. Çünki həm sərhəd qonşularımız, həm strateji müttəfiqlərimizdir.
Gürcüstan Azərbaycanın iqtisadi partnyorudur. Məlumdur ki, Azərbaycanın xarici proqramı üçün ticarət yolları Gürcüstandan keçir. Gürcüstanla tərəfdaşlıq şəraitində Azərbaycan kifayət qədər böyük iqtisadi mənfəətlər əldə edə bilər.
Bu, bizdən daha çox Gürcüstana lazımdır. Amma bizim də xarici siyasətimizdə Gürcüstan əhəmiyyətli yer tutan ölkələrdən biri olmalıdır”.
H.Rüstəmov qeyd edib ki, Gürcüstanda soydaşlarımız yaşayır. Onların problemləri ilə bağlı Gürcüstanla normal münasibətlər qurmaq vacibdir. Bu baxımdan Azərbaycan xarici işlər nazirinin səfəri əhəmiyyətlidir:
“Qafqazdakı münaqişələrdə Gürcüstanla Azərbaycanın eyni mövqedə olması vacib məsələdir. Məlumdur ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Gürcüstanın 3-cü tərəf kimi bu müharibəyə münasibəti böyük əhəmiyyət kəsb edir. Beynəlxalq tədbirlərdə Gürcüstanın mövqeyimizi müdafiə etməsi istiqamətində xarici siyasətimiz davam edir. Həmçinin pandemiya ilə bağlı yeni vəziyyət yaranıb. Yəqin səfər zamanı bu məsələlər də müzakirə ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat