BBC çox aydın göstərdi: Ermənistanı səviyyəsiz bir adam idarə edir
Turan
08:25 16.08.2020
Siyasət
712
"BBC-nin suallarına verdiyi cavabları ilə erməni baş nazir özünü ifşa etdi və Ermənistanın işğalçılıq siyasətini bütün dünyaya açmış oldu".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, jurnalist kifayət qədər əsaslandırılmış suallar qoymaqla yanaşı onun cavablarına da müəyyən düzəlişlər edib:
"BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsinin Ermənistan tərəfindən icra edilməməsi sualına isə Paşinyan cavab tapa bilmədi. BBC-nin jurnalisti açıq şəkildə qeyd etdi ki, erməni silahlı birləşmələri Qarabağı və ətraf rayonları işğal altında saxlayır və onlar işğalçı qüvvələrdir. Suallar qarşısında Paşinyan əsassız arqumentlər səsləndirməklə kifayətlənməli oldu. Ermənistan dövlətindən işğal altındakı Dağlıq Qarabağa yolun çəkilməsi ilə bağlı Avropa Parlamentində də müzakirələrin aparıldığını bildirən jurnalistin bu sualına da erməni baş nazir daha gülünc şəkildə cavab verib. Prosesdən xəbərinin olmadığını və işi onların icra etmədiyini deməklə məsələdən yayınmağa çalışıb”.
Parlament üzvü vurğulayıb ki, Paşinyanın Artsak adını çəkməsi, guya bunun da min illiklərə dayanan tarixi olması iddiasına isə jurnalistin "bu günki reallıqdan danışaq" ifadəsi erməni yalanının növbəti bir ifşası idi:
“Demək olar ki, britaniyalı jurnalist bu “Artsak” məsələsini bir növ zibil yeşiyinə atmış oldu. Həmçinin britaniyalı jurnalistin Paşinyanın Dağlıq Qarabağa səfəri və orada “Qarabağ Ermənistandır” ifadəsi işlətməsinə diqqət çəkərək onun da sülh adamına oxşamamasını vurğulayıb. Buna isə erməni baş nazirin daha absurd cavab verərək məsələdən növbəti dəfə yayındığını bütün dünya ictimaiyyəti görmüş oldu”.
E.Nəsirov bəyan edib ki, Prezident İlham Əliyev bir neçə dəfə Paşinyana möhkəm tarix və hüquq dərsi keçib:
“Paşinyanın bir şagird səviyyəsində suallara cavab vermək iqtidarında olmadığı məlum oldu. Bir daha aydın oldu ki, hazırda Ermənistanı səviyyəsiz bir adam idarə edir. Belə olan vəziyyətdə Ermənistanda hətta postpandemiya dönəmində belə yenidən inqilabın olacağı qaçılmazdır. Ölkəsində pandemiya baş alıb gedib, baş nazir dövlətə nəzarəti itirib. Amma bunun müqabilində onlar cəbhədə təxribata əl atır. Faktiki olaraq Ermənistan Cənubi Qafqazın qırmızı zonasına çevrilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat