"Belə də olmalı idi"
Turan
09:29 30.09.2020
Siyasət
514
Arzuxan Əlizadə: "50 siyasi partiyanın həmrəylik nümayiş etdirməsi təbii və zəruri prosesdir"
Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar Azərbaycanda qeydiyyatda olan 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar zamanı isə 50 siyasi partiya həmrəylik nümayiş etdirdi. Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik sərgiləmələri xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları siyasi həmrəyliyin, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.
Həm də dövlətimizin başçısına olan inam və etimadın göstəricisidir. Əslində, xalqını, millətini sevən, dövlət maraqlarını hər şeydən üstün tutan hər bir vətənpərvər şəxs bu addımı atmalıdır.
Ölkəmizin ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini bir araya gətirməlidir. Siyasi partiyaların birgə bəyanatında Ermənistanın işğalçı siyasəti şiddətlə qınanıldı.
Mülki əhalinin yaşadığı kəndlərin artilleriya silahından atəşə tutulması, günahsız insanların qətlə yetirilməsi insanlığa qarşı törədilən cinayət hesab edildi. Partiyalar dövlət başçısının mövqeyini, siyasi strategiyasını dəstəklədiklərni bəyan edərək, status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirdilər.
Birgə bəyanata imza atan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Şərq”ə deyib ki, işğalçı Ermənistanla mənasız danışıqlara son verməyin zamanı çoxdan yetişmişdi. Partiya rəhbərinin qənaətincə, xüsusən ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar tam səmərəsiz idi:
“Həmsədrlər mövcud status-kvonun qorunub saxlanmasına və dolayısı ilə Ermənistanın maraqlarına xidmət edirdi. Proseslər ermənilərin işğal etdikləri torpaqların gələcəkdə rəsmiləşdirilməsinə doğru gedirdi.
Ona görə də həmsədrlərin vasitəçiliyindən birdəfəlik imtina edilməsinə çağırışlar edirdik. Bildirirdik ki, Azərbaycan öz Ordusunun gücü hesabına torpaqlarımızı işğaldan azad etmək uğrunda qəti addımlar atmalıdır. Çağırışlarımızdan biri də o idi ki, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaq bağlamalıyıq.
Çünki regionda Rusiyanın proseslərə çox ciddi təsir imkanları var. Açıq demək lazımdır ki, bilavasitə Moskvanın hərbi dəstəyi ilə torpaqlarımız işğalda saxlanılıb. Rusiya faktorunu neytrallaşdırmaq üçün Azərbaycan Türkiyənin siyasi-hərbi dəstəyinə ehtiyac duyur.
Şükürlər olsun ki, dövlətimiz qəti addımlar atdı və torpaqlarımızın azadlığı üçün uğurlu hərbi əməliyyatlara başladıq. Tam əminik ki, Azərbaycan Ordusu torpaqlarımızı son qarışına qədər işğaldan azad etmək iqtidarındadır.
Xalqımız hər baxımdan Silahlı Qüvvələrimizə dəstək verməyə hazırdır. Əhalidə vətənpərvərlik əhval-ruhiyyəsi çox yüksəkdir. İnşallah, zəbt edilmiş bütün ərazilərimizi azad edəcəyik”.
A.Əlizadə qeyd edib ki, ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın həmrəylik nümayiş etdirməsi təbii və zəruri prosesdir:
“Belə də olmalı idi. Dövlətçilik və milli maraqlara xidmət edən istənilən məsələdə dövlətin yanındayıq. Xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində, torpaqlarımızın işğaldan azad olunmasında hakimiyyətlə müxalifət arasında heç bir fikir ayrılığı ola bilməz. Bu məsələdə dövlətimizə istənilən dəstəyi verməyə hazırıq. Hər zaman bu mövqedə olacağıq.
Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, yaralılarımıza şəfa diləyirəm. Kimliyimizdən və peşəmizdən asılı olmayaraq, hamımız müsəlləh əsgərik. İyul hadisələrindən sonra partiya rəhbərliyində təmsil olunanlarımız, eyni zamanda partiya üzvlərimiz könüllü olaraq orduya yazılmışıq.
Artıq çağırışlar gəlməkdədir və partiya üzvlərimizdən cəbhəyə yollananlarımız da var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya
Liparit Drmeyan Paşinyanı məhkəməyə verdi
17:45 31.07.2026
Region
SEPAH komandiri: Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq
17:40 31.07.2026
Dünya
"Uşağı çox yedirtmək sağlamlıq deyil, təhlükədir" - Pediatr
17:37 31.07.2026
Sağlamlıq
Bu nazirliyə əlavə xidməti avtomobil veriləcək
17:21 31.07.2026
Gündəm
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
17:19 31.07.2026
Gündəm
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib
16:40 31.07.2026
Gündəm
Almaniya Kansleri Seutadakı vəziyyətlə bağlı Mərakeşə çağırış etdi
16:39 31.07.2026
Gündəm
60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub
16:35 31.07.2026
Gündəm