Bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlanılıb
Yusif Nəzərli
07:01 17.01.2025
Siyasət
223
MSK yanvarın 17-dən etibarən daha bir mühüm layihəyə - aşağı seçki komissiyalarının bütün üzvlərini əhatə edən treninqlərə başlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində iki mərhələli proqram hazırlanıb.
İki gün davam edəcək “Trenerlər üçün treninq” adlı birinci mərhələyə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 236 yerli trener cəlb olunur. Treninqlər ərzində iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurları müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur. Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, meydana çıxan suallar cavablandırılır.
Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə yanvarın 19-dan başlanacaq və treninqlər hər seçki dairəsində məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə gün davam edəcək. Bu mərhələnin də səmərəli və keyfiyyətli olması üçün treninqlərin praktiki məşğələlər şəklində və MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ uyğun olaraq, kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.
Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları müfəssəl əks etdirən “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla da təmin olunacaq.
Kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər, bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün üzvlərini əhatə edir.
Qeyd edilib ki, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində əsası qoyulan və seçkilərdə müvəffəqiyyətlə gerçəkləşdirilən treninq layihəsi dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının artırılmasında, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya