Belqrad bölgədəki gücə əhəmiyyət verdi
Turan
07:36 11.08.2020
Siyasət
761
Azərbaycan Serbiya üçün strateji əhəmiyyətə malikdir
Serbiya Prezidenti Aleksandr Vuçiç ermənilərin Tovuz təxribatı nəticəsində şəhid etdikləri Azərbaycan hərbiçilərinə görə, Prezident İlham Əliyevə başsağlığı verib. Azərbaycanın dövlət başçısı ilə telefon əlaqəsi saxlayan Vuçiç hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib.
O, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini deyib. Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi Prezidentimizi Serbiyaya rəsmi səfərə dəvət edib. Dövlət başçısı İlham Əliyev Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktının Azərbaycan cəmiyyətində narahatlıqla qarşılandığını diqqətə çatdırıb. Ölkə rəhbəri Serbiya prezidentinin nümayəndə heyəti göndərmək barədə qərarından məmnunluğunu ifadə edib.
Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə razılığa gəliblər. Ekspertlərin fikrincə, Serbiya rəhbərinin təşəbbüsü, dövlət başçısına telefon etməsi və bu kimi dostluq əlaqələri çərçivəsində rəsmi Belqradla daha sıx əməkdaşlıq qurmaq, etibarlı münasibətlər formalaşdırmaq daha məqsədəuyğun olar.
Serbiya-Azərbaycan əlaqələrini “Şərq”ə dəyərləndirən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Serbiya üçün işğalçı Ermənistan deyil, regionda söz sahibi olan Azərbaycan daha sərfəli tərəfdaşdır. Analitik vurğulayıb ki, Azərbaycan təcavüzkar və kasıb Ermənistandan dəfələrlə varlı və güclü ölkədir:
“Serbiya Azərbaycanın bölgədəki gücünü və nüfuzunu çox gözəl bilir. Azərbaycan Serbiya üçün strateji əhəmiyyətə malikdir. Bizim ölkənin təbii sərvətləri, resursları var.
Bütün bunlar Belqrad üçün cəlbedici amillərdir. Ancaq istərdik ki, Serbiya hökuməti Ermənistana silah satışı məsələsini sadəcə araşdırmaqla kifayətlənməsin, eyni zamanda düşmən ölkəyə silah-sursat satan şirkətləri qanuni çərçivədə cəzalandırsın.
Əgər Belqrad onlara təəssüf hissi yaşadan həmin dairələrin dərsini verərsə, o halda Serbiyanın səmimiyyətinə inanarıq. Ümid edirik, Serbiya prezidentinin ifadələri formal protokol müstəvisində qalmayacaq və əməli addımlar atılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat