Beynəlxalq Böhran Qrupu Azərbaycan-Ermənistan sərhədindəki son hadisələrlə bağlı hesabat hazırlayıb
04:26 24.07.2020
Siyasət
644
Beynəlxalq Böhran Qrupu Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrlə bağlı "Azərbaycan-Ermənistan arasındakı dövlət sərhədində qanlı nəticənin qarşısının alınması" adlı hesabat hazırlayıb.
APA-nın xəbərinə görə, hesabatda qeyd olunub ki, iyul ayının ortalarında Ermənistan və Azərbaycan arasındakı əhalinin sıx məskunlaşdığı dövlət sərhədində ondan çoxlu insanın ölümünə, kəndlərdən qadın və uşaqların çıxarılmasına səbəb olan eskalasiya xəbərdarlıq kimi qəbul olunmalıdır.
"Xəndəklərlə əhatə olunmuş 230 km-lik sərhəddəki kəndlərdə insanlar uzun müddət minalar və toqquşmaların baş verməsi qorxusu ilə yaşayıb. 1992-1994- cü il Dağlıq Qarabağ müharibəsindən 30 il sonra uşaqlar daim qalınlaşan sement divarlarının arxasındakı məktəblərə gedir, fermerlər bərəkətli, lakin minalanmış sahələrdən uzaqlaşırlar və gənclər gələcəklərini başqa yerlərdə axtarırlar. Beynəlxalq vasitəçilik səyləri əsasən Dağlıq Qarabağla bağlı fikir ayrılığına yönəlib və sərhəd bölgələri gözardı edilib. Ancaq iyuldakı qarşıdurma orada yaşayan 150 mindən çox mülki şəxsin təhlükəsizliyinə diqqət ayırmağın çox vacib olduğunu göstərdi", - deyə hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, digər ərazilərlə müqayisədə sərhəd boyunca zorakılıq və eskalasiya hər iki tərəf üçün həm insan həyatı, həm də əmlak itkisi baxımından baha başa gələ bilər: "Sərhəd Cənubi Qafqazın üç postsovet dövlətinin - Ermənistan, Azərbaycan və Gürcüstanın kəsişməsindədir. Beləliklə, Rusiyadan bölgəyə Azərbaycandan və Xəzər dənizindən Avropaya təbii sərvətləri nəql edən əsas yollar, dəmir yolları və boru kəmərləri burada kəsişir".
Hesabatda tərəflərin 2018 və 2019-cu illərdə əldə etdikləri irəliləyişlərdən uzaqlaşmaması tövsiyə olunur.
Hesabata görə, sərhəddəki vəziyyətlə bağlı diplomatik tərəqqi nəinki Dağlıq Qarabağla bağlı irəliləyişdən daha asan olacaq, həm də bu nöqtədə bu münaqişənin həlli istiqamətində vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi