Bəyanatlarda Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, Gəncə və Bərdədə mülki əhalinin ballistik raket hücumlarına məruz qalması, mülki vətəndaşların həlak olması, çoxsaylı dinc əhalinin yaralanması, minlərlə evin dağıdılması və əmlaka ziyan vurulması, Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə qeyri-insani işgəncə faktları və s. haqda aidiyyəti beynəlxalq təşkilatlara təfərrüatlı, fakt və rəqəmlərə əsaslanan məlumatlar təqdim edilib. Həmin təşkilatlar sırasında - Beynəlxalq Cinayət Məhkəməsi, BMT-nin İnsan Haqları Komitəsi, Avropa İnsan Hüquqları Məhkəməsinə, Avropa Şurası İnsan Hüquqları Komitəsinə, Beynəlxalq Qırmızı Xaç Komitəsinə və s. beynəlxalq insan hüquqları təşkilatları yer alıb. Müraciətdə Ermənistanın müharibə cinayətlərinin Cenevrə Konvensiyası və beynəlxalq humanitar hüququn kobudcasına pozulması faktlarla əsaslandırılıb. Hərbi cinayətlərin beynəlxalq hüquqi əsasda ən ciddi şəkildə araşdırılması yönündə müvafiq beynəlxalq qurumların bütün səylərini ortaya qoyması tələb edilib. Müraciətdə həmçinin, Komitə tərəfindən Azərbaycanda müvafiq strukturların, hüquq-mühafizə orqanlarının Ermənistanın hərbi cinayətləri ilə bağlı əldə etdiyi faktlar, sənədlər və sübutların Beynəlxalq Cinayət Məhkəməsinə təqdim ediləcəyi də ifadə edilib.
Beynəlxalq məhkəməyə üz tutmağımız böyük dividenddir