Beynəlxalq təşkilatlar, yoxsa başqa gözündə tük axtaranlar?! – İkili standart...
Şəymən Bayramova
16:37 30.07.2020
Siyasət
813
Nyu-York şəhərində təşkil olunan mitinqə əksəriyyəti mülki geyimdə olan polis dəstələri sərt şəkildə müdaxilə edib. Mitinq iştirakçılarını fiziki zorakılıqlara məruz qoyub. Onları nömrəsiz mikroavtobuslara mindirərək naməlum istiqamətə aparıb. Nyu- York polisi saxlanılan şəxslərin polis kameralarına zərər verdiyi üçün maşına mindirildiyini söyləsə də, bununla bağlı hər hansı bir tutarlı dəlillər təqdim etməyib.
Polisin nümayişçilərə qarşı bu cür aqressiv davranışı və qanunsuz hərəkətləri şübhəsiz ki, ABŞ cəmiyyətində böyük səs-küyə səbəb olub. Bu barədə məlumat ABŞ-ın nüfuzlu “New York Times” qəzetində tənqidi məqalə dərc olunub. Əslində polis zorakılıqları ABŞ-da hər gün baş verdiyindən bizim üçün xüsusi mahiyyət kəsb edən məsələnin digər tərəfi-öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran beynəlxalq təşkilatların başqalarına demokratiya, insan hüquqlarından dərs keçib, yol göstərməyə çalışmasıdır.
Millət vəkili Sədaqət Vəliyevanın da "Sherg.az"a dediyi kimi, insan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International”, “Human Rights Watch” kimi təşkilatlar ABŞ-da və Avropada baş verən hadisələrə, törədilmiş cinayətlərə ədalətli qiymət vermirlər:
"Dünyada insan hüquqları ilə bağlı “ixtisaslaşmış” təşkilatlar ikilistandartlı fəaliyyət göstərirlər. Onlar müxtəlif lobbi təşkilarlarının göstərişi ilə konkret ölkələrə hücumlar edirlər, dövlətlərin imiclərinə qara yaxmağa çalışırlar. Azərbaycanda hər dəfə özünü müxalifət adlandıran bəzi antimilli qüvvələrin Bakıda icazəsiz aksiya keçirərək təxribat törətmək cəhdlərinə qarşı hüquq-mühafizə orqanlarının öz vəzifə borclarını yerinə yetirməsi ABŞ-da anti-Azərbaycan dairələri tərəfindən tərs yöndə təqdim edilir.Onların nəzarətində olan KİV və QHT-lər hər fürsətdə Azərbaycanhakimiyyətini tənqid edir, qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar verirlər. Halbuki ABŞ-ın öz daxilində vəziyyət heç də ürəkaçan deyil. Polis zorakılığının isə həddi-hüdudu olmur, bu pozuntular hətta sıravi dinc vətəndaşların ölümünə qədər gedə bilir.
Elə təxminən bir ay öncə ABŞ-ın Minneapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən qətlə yetirilməsindən sonra ABŞ cəmiyyətində artmaqda olan narazılıq fonunda baş verən bu hadisə Amerikada yenidən polis zorakılığı və ədliyyə sistemində rasizm hallarına qarşı kütləvi nümayişlərə rəvac verdi.Əslində bu cür hallar ABŞ-da demək olar hər gün baş verir.
ABŞ rəsmiləri isə öz gözlərində tiri görməyib, başqalarının gözündə tük axtarır. Öz ölkələrində demokratiyanı bərqərar edə bilmədikləri, insan hüquqlarını təmin edə bilmədikləri halda, vətəndaşlarının həyat təhlükəsizliyinə təminat verə bilmədikləri halda, başqalarına demokratiya, insan hüquqları, hüquq dövləti haqqında mühazirələr söyləyir, yol göstərirlər”.
Millət vəkili deyib ki, hər fürsətdə Azərbaycan polisini hədəfə alan Sevinc Osmanqızı, Əli Kərimli, Meydan TV və başqaları niyə susurlar? Azərbaycan polisinə qara yaxanlar niyə ABŞ polisinin vəhşiliklərinə söz deyə bilmirlər? Çünki onların fəaliyyət ideyası demokratiya, insan haqları, ədalət deyil, birbaşa Azərbaycanın imicinə ləkə gətirmək, Azərbaycan polisini qaralamaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi