Ona görə də hesab edirəm ki, idarəetmədə köklü islahatların aparılmasına ciddi ehtiyac var. Dəfələrlə qeyd etmişəm ki, bələdiyyələrin fəaliyyətinə geniş imkanlar yaradılmalıdır. Əks halda bu cür neqativ halları uzun müddət müşahidə edəcəyik.
Bəzi məmurlar Prezidentin etimadını doğrultmurlar
Turan
08:07 01.09.2020
Siyasət
828
"Təkcə yerlərdə deyil, mərkəzi icra orqanlarında da kadr islahatları aparılmalıdır"
“Prezident hər dəfə yeni icra başçılarını qəbul edərkən onlara öz tövsiyələrini və tapşırıqlarını verir. Təəssüflər olsun ki, bəzi məmurlar dövlət başçısının etimadını doğrultmurlar”.
Bu sözləri “Şərq”ə açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. Partiya funksioneri bildirib ki, rayon icra hakimiyyətləri ilə bağlı neqativ halların üzə çıxması, onların həbsi göstərir ki, ölkədə korrupsiya hələ də qalmaqdadır: “Bir çox icra başçısı xalqa hesabatlı deyil, onların fəaliyyətində şəffaflıq yoxdur.
Ona görə də hesab edirəm ki, idarəetmədə köklü islahatların aparılmasına ciddi ehtiyac var. Dəfələrlə qeyd etmişəm ki, bələdiyyələrin fəaliyyətinə geniş imkanlar yaradılmalıdır. Əks halda bu cür neqativ halları uzun müddət müşahidə edəcəyik.
Gənclər köhnə kadrlara nisbətən rüşvətə o qədər meyilli olmurlar. Ümid edirəm, gənc kadrların fəaliyyəti müsbətə doğru dönüş yaradacaq və dözülməz vəziyyətdən çıxmağımıza öz töhfəsini verəcək.
Təkcə yerlərdə deyil, mərkəzi icra orqanlarında təmsil olunan bir sıra məmurların da vəzifədən uzaqlaşdırılmasının məqamı yetişib”.
Ə.Orucovun sözlərinə görə, uzun illər eyni kresloda əyləşən məmurların iş prinsipi istər-istəməz yeni təyin olunmuş gənc kadrlara da öz mənfi təsirini göstərir:
“İslahatlar paralel aparılmalıdır, birtərəfli dəyişiklik neqativ hallara səbəb olur. Hər halda müsbət tendensiyaların davam edəcəyinə ümid edirik. Xalqla işləmək lazımdır, xalqdan ayrı düşmək olmaz. Məmur-xalq münasibətləri normal məcrada olmalıdır. Rayon sakinləri icra hakimiyyətlərinin başçısına “ağa” kimi baxmamalıdır. Məmurlar da özləri ilə yerli camaat arasında baryer qurmamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat