“Birgə bəyanat”ın siyasi və hüquqi əhəmiyyəti olduqca böyükdür”
Turan
09:58 13.06.2020
Siyasət
885
“Bu, gələcəkdə digər beynəlxalq təşkilatlar üçün presedent ola bilər”
“Bu bəyanatın qəbulu Ermənistana təzyiqin bir formasıdır və ölkəmizin ərazi bütövlüyünün tanınması deməkdir”
“Həmin bəyanatı, Avropa Parlamentinin Azərbaycan və Ermənistan üzrə məruzəçiləri ilə birlikdə Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament əməkdaşlıq komitəsinin həmsədri, xanım Mariana Kalyurand da imzalayıb”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, birgə bəyanat Ermənistan rəhbərliyinin apardığı siyasətin əsl mahiyyətini açmaqla beynəlxalq hüquq prinsiplərinə zidd olduğunun sübutudur:
“Eyni zamanda çəkilişi nəzərdə tutulan yolun, Avropa təsisatları tərəfindən Azərbaycan ərazilərinin olması barədə təsdiq olunmasıdır. Çünki, birgə bəyanatda açıq şəkildə yolun çəkilməsi üçün Azərbaycan tərəfinin razılığının olmasının vacibliyi götərilir. Nəhayət, Avropa Parlamenti, demokrat cildinə girmiş Ermənistanın baş naziri Nikol Paşinyanın, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllinin vacibliyi barədə səsləndirdiyi bəyanatlara inanmır. Müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını, bununla da vaxtı uzadaraq Azərbaycan torpaqlarını işğal altında saxlamaq məqsədini dərk edirlər. Avropa Parlamentinin qəti mövqeyi Ermənistanın daxilində ciddi ictimai rezonans yaradacaq. Hökumətə olan etimad limiti daha da azalacaq. Onsuz da, hakimiyyətə gələndən sonra, xalqa verdiyi çoxsaylı vədləri yerinə yetirə bilməyən Paşinyan növbəti zərbəsini aldı”.
Parlament üzvü bildirib ki, Avropa Parlamenti məruzəçilərinin birgə bəyanatının siyasi və hüquqi əhəmiyyəti olduqca böyükdür:
“Bu, gələcəkdə digər beynəlxalq təşkilatlar üçün presedent ola bilər. Qaldı ki, beynəlxalq qurumların Ermənistana təzyiq göstərməsinə, demək olar ki, bu bəyanatın qəbulu belə təzyiqin bir formasıdır və ölkəmizin ərazi bütövlüyünün tanınması deməkdir. Hesab edirəm ki, bu, ölkə başçısı İlham Əliyevin beynəlxalq nüfuzunun, sistemli şəkildə apardığı xarici siyasətin növbəti diplomatik qələbəsidir. Azərbaycan güclü dövlətə çevrildikcə, digər qələbələr də olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya