“Birgə təlimlər rəsmi İrəvanda ajiotaj yaradıb”
Fidan Həmişəyeva
14:02 18.08.2020
Siyasət
543
“Ona görə də ölkəmizi Gəncəni vuracaqları ilə hədələyirlər”
“Ermənistan bu hədə ilə bağlı beynəlxalq təşkilatlara izahat verməlidir”
“Amma ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir”
“Minsk qrupu buraxılmalı, Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”
Dağlıq Qarabağdakı qondarma rejimin “başçısı” Araik Aratunyan Gəncəni vurmaqla hədələyib. Tovuzdakı uğursuzluq Ermənistanı yeni təxribatlara əl atmağa və revanş götürməyə vadar edir. Məğlubiyyətdən azğınlaşan düşmən ölkə artıq Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmağa adət edib. Bununla öz yırtıcı və faşist simasını dəfələrlə nümayiş etdirib. Belə olan məqamda isə beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməlidirlər. Ermənistan hakimiyyətindən bununla bağlı izahat tələb olunmalıdır. ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrlərinin susqunluğu göz qabağındadır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ordumuz tərəfindən Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlarının qarşısının qətiyyətlə alınması, düşmənə sarsıdıcı cavab zərbələrinin vurulması işğalçı ölkəni çox çətin duruma salıb.
Onun sözlərinə görə, sərhəd təxribatında olduğu kimi, xarici ölkələrdəki sabotajlarında da fiaskoya uğrayan Ermənistan rəhbərliyi bu günlər çaşqınlıq içərisindədir:
“Xüsusulə Türkiyə ordu hissələrinin ölkəmizin ərazisində Azərbaycan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlər keçirməsi rəsmi İrəvanda isterika, panika və ajiotaj yaratmaqdadır. Bu səbəbdən də işğalçı dövlətin rəhbərliyi irrasional bəyanatlar verir, intuitiv addımlar atır”.
V.Rəhimzadə qeyd edib ki, siyasi savadsızlığı ilə özünü dəfələrlə gülüş hədəfinə çevirmiş baş nazir Nikol Paşinyandan sonra Araik Arutunyan da başından böyük danışıb:
“O, deyib ki, Xankəndinə raket və ya bomba atılsa, cavab olaraq Gəncəni vuracağıq. Bundan əvvəl isə Ermənistanın müdafiə naziri Mingəçevir SES-i vuracaqlarını iddia edirdi. Bütün bunlar bir daha ona şahidlik edir ki, işğalçı ölkə və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı qondarma rejim panika içərisindədir. Bu səbəbdən də isterik bəyanatlar verir, biri-birinin ardınca siyasi səhvlər buraxırlar”.
Baş redaktor vurğulayıb ki, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı qüvvələrin Azərbaycanın ikinci böyük şəhərini vurmaqla hədələməsini nəzarətə götürməli, Ermənistan hakimiyyəti hədə ilə bağlı beynəlxalq təşkilatlara izahat verməlidir:
“ATƏT-in Minsk qrupunun həmsədrləri indiyədək Ermənistanın bu cür fitnəkar bəyanatlarına münasibət bildirməyib, lazımı addımlar atmayıb. ATƏT-in Minsk qrupu üzərinə götürdüyü öhdəlikləri uzun illərdir yerinə yetirə bilmir. Həmsədr ölkələr işğalçını müdafiə edirlər.
Faktlar da onu göstərir ki, həmsədr ölkələr birtərəfli mövqe tutaraq işğalçıya dəstək verirlər. Buna görə də ATƏT-in Minsk qrupu buraxılmalı, onun fəaliyyətinin yenidən təşkilinə baxılmalı, Minsk qrupunda təmsil olunan Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə