“Biz geri çəkildikcə İran üstümüzə gəlir” - Adekvat cavab verməliyik !
Fidan Həmişəyeva
13:25 04.08.2020
Siyasət
1878
“Rəsmi Tehran həmişə ölkəmizin zəif olmasını istəyib, Azərbaycanda terror təşkil etməyə çalışıb”
“Bu yaxınlarda isə İran Dağlıq Qarabağdakı işğalçı və separatçı rejimə tırlarla yanacaq dəstəyi verdi”
İranın dövlət televiziyası olan “Kanal1”in xəbərlər proqramında Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik edilib. Aparıcı Qarabağın işğalı faktını yalnız “münaqişə” adlandırmaqla kifayətlənib. Eyni zamanda Qarabağ “ermənilərə məxsus ərazi” kimi təqdim edilib.
Aparıcı iddia edib ki, Azərbaycanla Ermənistan arasındakı münaqişənin başlanması 1990-cı illərin əvvəllərinə, yəni hər iki ölkənin SSRİ-dən ayrıldığı dövrə təsadüf edir:
“Həmin dövrdə ermənilərin kompakt yaşadığı Qarabağ Azərbaycanın tərkibində idi. Lakin Sovetin dağılmasından sonra Ermənistan Qarabağa nəzarəti öz əlinə aldı və o vaxtdan etibarən iki ölkə arasında ara-sıra toqquşmalar baş verir”.
Mövcud durumu “Sherg.az”a şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, İran həmişə Azərbaycanın zəif olmasında maraqlı olub. Bu, işğalçı Ermənistana yardımlarda da özünü göstərib.F.Quliyev qeyd edib ki, İran bütün məqamlarda əlinə fürsət düşən kimi ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edib:
“İranın Azərbaycanla münasibəti institutlaşmış bir şəkildədir. Azərbaycan tərəfi hər zaman çalışıb ki, sıfır problemli bir qonşuluq siyasəti yürütsün. Dövlətimiz hər kəslə normal münasibət qurub, o cümlədən də İranla. İlk dəfə- 2010-cu ildə parlamentə millət vəkili seçiləndə məsələ qaldırmışdım ki, “Türkmənçay” müqaviləsinin qüvvədən düşməsini tanımaq lazımdır.
Bu müqaviləni tanıyan tərəflərlərdən biri olmadığı üçün müqavilə qüvvədən düşüb. Bu zaman bizim üçün böyük bir arena əhatə oluna bilərdir. İrəvan xanlığı, Ermənistan, Quzey və Güney Azərbaycan məsələsini qaldıra biləcəkdik. Amma o zaman bu məsələdə bir az ehtiyatlı davranış oldu. Biz geri çəkildikcə İran üstümüzə gəlir”.
Partiya sədrinin sözlərinə görə, guya İran təssübkeşliklə çıxış edən bir dövlətdir:
“Amma standart qaydalarda bir məqam var: “Qəsb olunan torpaqda dəstəmaz almaq olmaz”. Bu yaxınlarda isə İran Dağlıq Qarabağdakı işğalçı və separatçı rejimə tırlarla yanacaq dəstəyi verdi. Mən Ordubadda döyüşən zamanlarda düşməni darmadağın etmişdik. O zaman da ermənilərin bütün ərzaqları, dizel yanacağı ilə işləyən motorları, silahları İran məhsulları idi.
Ona görə də bu məsələyə dair bəzi məqamları açıq şəkildə ortaya qoymaq lazımdır. Bizə olan münasibətə adekvat cavab verməliyik. İran həmişə ölkəmizin zəif olmasını istəyib, Azərbaycanda terror təşkil etməyə çalışıb. Bir dəfə İsrail vətəndaşları terror etmək istəyirdi, Azərbaycanın hüquq -mühafizə orqanları onları saxladı”.
F.Quliyev vurğulayıb ki, İran işğal olunmuş ərazilərimizdə Ermənistana hər cür yardım edir:
“Rəsmi Tehranın bu cür davranışları layiqincə cavablandırılmalıdır. Bu gün İrana sanksiyalar tətbiq olunur, təklənmiş və terrorçu dövlət kimi tanınır. Azərbaycan sadəcə yaxşı qonşuluq münasibətləri saxlamaq naminə susub. Hesab edirəm ki, İran belə davranarsa, məsələlərə yenidən baxmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi