Bizim işimiz çətindir: İlham Əliyev Paşinyan kimi yarımçıq siyasətçi ilə indi necə danışıq aparsın?
Şəymən Bayramova
10:36 16.08.2020
Siyasət
889
"Prezident İlham Əliyev Nikol Paşinyanla bir müstəvini paylaşdığı bütün beynəlxalq platformalarda 10:0 hesabla Nikolun kürəyini yerə vurub.
Bu mənada təkcə bizə deyil, bütün dünyaya artıq Paşinyanın İlham Əliyevin tərəf müqabili olacaq qədər yetişmədiyi bəllidir.
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Azər Həsrət deyib.
A. Həsrətin fikrincə bəlkə elə buna görədir ki, Paşinyan görüşlərdə Azərbaycan Prezidenti ilə üz-üzə gəlib stress yaşamamaq üçün hər vəchlə təxribatlara gedərək danışıqları pozmağa çalışır.
Siyasi şərhçinin sözlərinə görə Nikolun yarıtmaz bir siyasətçi olmasını bugünlərdə BBC-nin “Çətin söhbət”ində (Hard Talk) Stefan Sakur da faş etmiş oldu:
"BBC-nin "Hard Talk" verilişində Nikol Paşinyanın acınacaqlı duruma düşməsi həm onun ingilis dilini pis bilməsi, həm də kəsərli suallar qarşısında mövqeyinin zəif olmasından irəli gəlir.
Faktiki olaraq Paşinyanın Münhen konfransındakı biabırçılığı daha kəskin formada təkrarlanmış oldu.
İstər Münhen konfransı çərçivəsində debat, istərsə də bu müsahibə onu göstərir ki, Paşinyan Prezident İlham Əliyevlə danışıqlarda tam aciz, tərksilah olunmuş, küncə sıxılmış durumda olur.
Bir ölkənin baş naziri, üstəlik də ən ali təmsilçisi olan Nikol Paşinyan adi bir jurnalistin sualları qarşısında darmadağın oldu, özünü dolaşdırdı, batdıqca batdı. Verilişi izləyən hər kəs birmənalı şəkildə bu qənaətə gələ bilər ki, Ermənistan baş naziri ənənəvi erməni həyasızlığıyla vəziyyətdən çıxmağa çalışsa da jurnalist ona ünvanladığı konkret suallara konkret cavab almağa çalışdı. Lakin bacara bilmədi. Çünki Nikol Paşinyanın ünvanlanan çılpaq suallara verə biləcəyi çılpaq cavablar yox idi. Əslində, təcrübəsi və bilgisi yetərli olsaydı verilən sualların qarşısında özünü itirməz, dolaşdırmaz, manevr edib vəziyyətdən çıxardı. Amma bacarmadı. Çünki bunun üçün siyasi təcrübə, çevik zəka lazımdır. O da ki, bu adamda nə gəzir?".
A. Həsrət hesab edir ki, Nikol Paşinyanın belə rəzil duruma düşməsi bizim üçün də problemdir. Belə ki, işğal altındakı torpaqlarımızın bir an öncə azad edilməsi lazımdır:
"Bunun üçün işğalçı ilə mahiyyəti üzrə danışıqlar aparmalıyıq ki, nəticə olsun. İndi belə bir yarımçıq siyasət adamıyla nəyi, necə danışmaq olar? Hələ İlham Əliyev kimi illərin təcrübəsinə sahib bir dövlət rəhbəri dövlət idarəetməsini küçədə yürüş etməkdən ayıra bilməyən birisi ilə necə danışıq aparsın? Ona görə də bizim işimiz çətindir. Lakin həm də asandır. Axı Ermənistanı təmsil edən birisinin bu qədər zəif olması elə bizim üstünlüyümüzdür. Torpaqlarımızı işğaldan azad etmək üçün onunla danışmamaq da olar. Öz bildiyimiz yöntəmlərlə buna nail ola bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat