BMT-nin İCLASI: “Dünya Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü”
Fidan Həmişəyeva
15:55 22.09.2020
Siyasət
720
Prezident İlham Əliyev BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında çıxış edib. Ölkə başçısı iclasda mühüm məqamlara toxunub.
Prezident çıxışında konkret olaraq söyləyib ki, bir şərtimiz var. Bu şərt də torpaqlarımızın birmənalı olaraq geri qaytarılmasıdır:
“Ermənistan qəsdən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki əhalini hədəf alır və təxribatlar törədir. Ermənistanın baş naziri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur”.
Ölkə başçısı bildirib ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir:
“Ermənistan işğal olunmuş ərazilərdə azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirib. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Xocalı soyqırımını törətmişdir. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb. Ermənistan işğal olunmuş ərazilərdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus tarixi və dini abidələri məhv edib”.
Prezidentin çıxışını “Sherg.az”a şərh edən millət vəkili, professor Rüfət Quliyev bildirib ki, ölkə başçısının çıxışı ilə artıq bütün dünya ictimaiyyəti Ermənistanın işğalçılıq siyasətini tam başa düşdü. Parlamentari qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti davam edir və hər gün daha da aktivləşir:
“Lakin BMT də, Avropa da - bütün dünya Qarabağ ərazisini Azərbaycan torpaqları kimi tanıyıb. Buna baxmayaraq ATƏT-in Minsk Qrupunun praktiki heç bir nəticəsi yoxdur. Nəticəsizliyi də Prezidentimiz qeyd elədi. Beynəlxalq qurumlar daha ciddi addımlar atmalıdırlar, Ermənistana qarşı daha ciddi şərtlər qoyulmalıdır. Niyə münaqişənin həlli istiqamətində addımlar atılmır? Bu, böyük sualdır. Cənab Prezident həmişə qeyd edir ki, ikili standartlar var. Bunun bariz nümunəsi də mövcud konfliktdir”.
Deputatın sözlərinə görə, Prezident çıxışı ilə mövqeyini açıq bildirib ki, işğalçılar şərtsiz bizim torpaqları qaytarmalıdırlar:
“Fikrimcə, istər xarici siyasətimizdə, istər qonşu ölkələrlə münasibətlərdə, istərsə də beynəlxalq qurumlarla əlaqələrdə mövqeyimiz tam bəlli oldu. Ermənistanın işğalçılıq siyasətinin qarşısı alınmalı, torpaqlarımız qaytarılmalıdır.
Mövqemiz dünyada günbəgün güclənir, bunu görməmək mümkün deyil. Cənab Prezident də qeyd edib ki, məsələnin sülh yolu ilə həll edilməsini istəyirik.
Əminəm ki, Azərbaycan öz iqtisadi gücündən istifadə edərək Qarabağda da yüksək iqtisadi artım nümayiş etdirəcək, inkişaf gedəcək. Ermənistan bizim bu formadakı şərtlərlə razılaşsa, Ermənistanı böyük layihələrə qatacağıq. Bütün məsələləri sülh yolu ilə həll etməyə çalışacağıq”.
Parlament üzvü Azərbaycan Ordusunun çox güclü olduğunu vurğulayıb:
“İngiltərə saytları da yazır ki, Azərbaycan Ordusu Ermənistan ordusundan dörd dəfə qüdrətlidir. Ordumuz 21-ci əsrin ordusu olduğu halda, Ermənistanın ordusu keçən əsrin 90-cı illərinin ordusudur. Prezident dedi ki, gəlin təkbətək vuruşaq, yəni Ermənistana müəyyən qüvvələr kömək etməsin, onda görün necə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat