BMT-nin qapalı toplantıları mənasızdır
Turan
08:39 21.10.2020
Siyasət
734
Azərbaycan dünyaya sübut etdi ki, belə həyasız işğalın yeganə həll yolu müharibədir
BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı savaşla bağlı qapalı iclas keçirib. Tam detallar açıqlanmasa da, Rusiyanın BMT yanında daimi nümayəndəsi Vladimir Nebenzya qapalı toplantının yekunlarından danışıb.
O deyib ki, iclasda “humanitar atəşkəs”ə nəzarətin təmin edilməsinin vacibliyi müzakirə olunub. Vurğulanıb ki, indi atəşkəsə əməl olunmasını təmin etmək vacibdir, çünki müvafiq razılaşma əldə olunub, lakin ona əməl olunmayıb:
“Bu məsələ müzakirə olunub və Şura yanaşmada kifayət qədər yekdillik nümayış etdirib”. Eyni zamanda qeyd edilib ki, bölgəyə BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatına ehtiyac var. Diplomat müşahidə missiyası ilə ATƏT-nin məşğul ola biləcəyini istisna etməyib, çünki məhz bu təşkilat nizamlanma prosesi ilə məşğuldur.
İndiki məqamda BMT-nin mənasız toplantısını “Şərq”ə analiz edən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, qapalı toplantı barədə rəsmi açıqlamanın olmaması deməyə əsas verir ki, bu qurumun problemin həllində real təklifləri və icra mexanizmi yoxdur. Partiya funksionerinin sözlərinə görə, məlum 4 qətnamənin icrasına başlanılmadan hər hansı fəqli təklif qəbul olunmazdır və Azərbaycan bunu qətiyyətlə rədd etməlidir:
“Bu təşkilatın yeganə məqbul qərarı işğalçıların Qarabağdan çıxarılmasını tələb edən qətnamələrin işə düşməsinin icra edilməsi olardı. Bünun üçün ən tutarlı əsas BMT, Avropa Birliyi, Avropa Şurası və ABŞ Dövlət Departamentinin münaqişə dövründə verdiyi bəyanatların və qəbul edilən qətnamələr birmənalı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində olmasıdır.
BMT-nin problemin həllindən bir qədər uzaq dayanaraq məsuliyyəti Minsk Qrupunun üzərinə atmaq cəhdi bizə heç nə vəd etmir. Sözügedən qurum artıq tükənib və tam olaraq hərəkətsizdir.
İndiyə qədər “problemin hərbi həll yolu yoxdur” deyən dövlətlərə sübut olundu ki, bu sayaq bəyanatlar yalnız işğalçını qorumaq məqsədi daşıyıb. Azərbaycan dünyaya sübut etdi ki, belə həyasız işğalın yeganə həll yolu müharibədir. Biz işğalı sona çatdırmaqda israrlıyıq”.
V.Əfəndiyev vurğulayıb ki, münaqişənin nizamlanması üçün hazırlanan prinsiplər keçərli olmayacaq:
“Prezidentin dediyi kimi artıq təmas xətti yoxdur, status-kvo pozulub, ordumuz bir çox əraziləri işğaldan azad edib və uğurlu əməliyyatlar davam edir. Gələcəkdə sülh razılaşmasının hansı şərtlər daxilində olacağı isə müharibənin sonunda məlum olacaq.
İndiki vəziyyətdə “atəşkəs” istəyən qüvvələr üçün yeganə şıxış yolu BMT-nin sülhməramlılarının Azərbaycan və Ermənistan sərhəddində yerləşdirilməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual